Icma.az
close
up
RU
Cəzası uşağına görə təxirə salındı...

Cəzası uşağına görə təxirə salındı...

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xırdalanda “AAAF Park” yaşayış kompleksinin ərazisində ağır qəza törətmiş Zülfiyyə Padarovanın (şərti ad-soyadlı) məhkəməsi keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Abşeron Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilib.

Araşdırmalarla müəyyən edilib ki, ötən ilin oktyabrında baş vermiş hadisə zamanı 1986-cı il təvəllüdlü Z.Padarovanın idarə etdiyi “Mercedes” markalı avtomobil onun özünə məxsus olmayıb.

Qəza nəticəsində həlak olan Viktoriya Qroxotova isə Özbəkistan vətəndaşı olub.

Z.Padarova ifadəsində bildirib ki, piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və ona 11 gün tibbi yardım göstərilib. Lakin Viktoriyanın həyatını xilas etmək mümkün olmayıb. Qəzanı törədən qadın sürücülük vərdişlərinin zəif olduğunu etiraf edib.

O, maşının sevgilisinə məxsus olduğunu deyib: “Üç ay idi ki, Musa ilə qeyri-rəsmi ər-arvad münasibətində bir yerdə yaşayırdıq. 7 oktyabr 2024-cü ildə kompleksin həyətində olarkən mənə maşının sükanı arxasına keçməyi təklif elədi. Əvvəllər də onun təklifi ilə dəniz kənarında, boş sahədə avtomobil idarə etmişdim. Evə doğru məsafə az olduğundan və Musa yanımda olduğu üçün sükan arxasına oturdum. Elə bir qədər getmişdik ki, həmin qadın maşının qarşısına çıxdı, sürət 10-15 km/saat olsa da, məsafə çox yaxın olduğu üçün avtomobili saxlaya bilmədim. Avtomobil qadının üstündən keçdi, o, əlini atıb “ruçnoy”u çəkdi, maşın dayandı. Şok vəziyyətində idim, maşından düşəndən sonra təcili yardımı çağırdıq. Onun müalicəsi üçün bütün xərcləri çəkdim. Hadisədən sonra Musa ilə əlaqəmi kəsdim”.

Məhkəmə Zülfiyyə Padarovaya 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin qadının himayəsində olan 2019-cu il təvəllüdlü uşağı 14 yaşına çatanadək ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınıb.

Aslan Vəliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri