Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vətəndaş Fuad Kərimov 2025-ci ilin avqust ayında ilkin ödənişlə "Changan Auto"dan ikinci əl avtomobil alıb. Lakin maşını aldıqdan 8 gün sonra onda yaranan problemlə bağlı servisə müraciət edib.
"Changan Auto"dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: "Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər"
Fuad Kərimovun sözlərinə görə, servis əməkdaşları problemin həll olunacağını bildirsələr də, bu vəd yerinə yetirilməyib:
"İndiyə kimi onlara 7 min manat pul ödəmişəm. Hazırda nə ödənişimi geri qaytarır, nə yeni avtomobil verir, nə də problemi həll edirlər. Yarım il avtomobilsiz qalmalıyam, amma bunların da pulunu ödəməliyəm?!"
Məsələ ilə bağlı "Changan Auto"dan bildirilib ki, vətəndaşın qarşılaşdığı problemdən xəbərdardırlar. Servis əməkdaşlarının məsuliyyətsizliyi, koordinasiyanın düzgün qurulmaması səbəbindən vətəndaşla avtosalon arasında anlaşılmazlıq yaranıb. Bununla bağlı müştəri ilə danışılıb, problem tez bir zamanda aradan qaldırılacaq.
Baxış sayı:103
Bu xəbər 20 Yanvar 2026 02:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















