“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı sakini kreditlə rəsmi servisdən aldığı avtomobilin 1 gün sonra istismara yararsız vəziyyətə düşdüyünü iddia edir.
Avtosfer.az xəbər verir ki, Fuad Kərimov üzləşdiyi problemlə bağlı “Xəzər Xəbər”ə müraciət edib.
Dediyinə görə, “Changan”ın rəsmi servisindən 2025-ci ildə avtomobil alıb. Aldıqdan bir gün sonra avtomobildə ciddi problemlərin olduğu məlum olub.
Müsahibimiz bildirir ki, müraciət etdiyi andan ona maşındakı problemlərin aradan qaldırılacağı bildirilib, amma vədlərə əməl edilməyib.
Fuad Kərimov texniki problemlər səbəbindən bu müddət ərzində avtomobili idarə etməsə də, ondan aylıq ödənişlərin tələb olunduğunu deyir.
Məsələ ilə bağlı sözügedən servislə telefon əlaqəsi saxladıq. Bildirildi ki, avtomobil satışında bu kimi vəziyyətlər ola bilər. Buna görə də maşınlar zəmanətlə satılır. Hazırda vətəndaşın avtomobili tam təmir olunub, heç bir problemi yoxdur. Vətəndaş ödənişləri edib, avtomobilini təhvil ala bilər. O da qeyd olundu ki, vətəndaş aylıq ödənişləri etmədiyi təqdirdə, şirkət problemlə bağlı məhkəməyə müraciət edəcək.
Daha ətraflı videomaterialda.
Oxunub 32
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 29 Yanvar 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















