Icma.az
close
up
RU
ChatGPT dən möhtəşəm YENİLİK

ChatGPT dən möhtəşəm YENİLİK

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Hər həftə yüz milyonlarla insanın sağlamlıqla bağlı suallarına cavab axtardığı “ChatGPT”-də istifadəçilərin analiz nəticələrini və tibbi keçmişini yükləyə biləcəyi yeni bölmə istifadəyə verilib. 

"Cebheinfo.az" xəbər verir ki, “OpenAI” istifadəçilərə analiz nəticələrini, qəbul etdikləri dərmanlar haqqında məlumatları və ağıllı saatlardan əldə olunan sağlamlıq göstəricilərini sistemə yükləməyə imkan verən "ChatGPT Health" funksiyasını təqdim edib.

Şirkətin açıqlamasına görə, yeni funksiya əvvəlki analiz nəticələrini müqayisə etməyə, həkim qəbulları arasında baş verən dəyişiklikləri ümumiləşdirməyə, həmçinin yuxu və fiziki aktivlik göstəricilərini təhlil etməyə kömək edəcək.

Amerikanın "OpenAI" şirkətindən bildirlir ki, hazırda hər həftə təxminən 300 milyon nəfər sağlamlıqla bağlı suallarına cavab tapmaq üçün “ChatGPT”-dən istifadə edir.
Mütəxəssislər bunu səhiyyə xidmətlərinə çıxışda yaşanan çətinliklərlə əlaqələndirsələr də, süni intellektin həkimi əvəz edə bilməyəcəyini vurğulayırlar.
Ekspertlərin sözlərinə görə, süni intellekt bəzi hallarda yanlış, yanıltıcı, hətta təhlükəli tibbi tövsiyələr verə bilər.

Buna görə də istifadəçilər süni intellektin təqdim etdiyi məlumatları həkim məsləhəti kimi qəbul etməməlidirlər.
“OpenAI” şirkətinin rəsmiləri də “ChatGPT”-nin həkim olmadığını, peşəkar tibbi müayinə, diaqnoz və müalicəni əvəz etmədiyini bildiriblər.

Qeyd olunub ki, sistemdə müəyyən təhlükəsizlik tədbirləri tətbiq olunsa da, düzgün qərar vermək və vaxtında həkimə müraciət etmək məsuliyyəti istifadəçinin üzərində qalır.
Yeni funksiya sağlamlıq məlumatlarının qorunması ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib.

“OpenAI” paylaşılmış tibbi məlumatların modelin öyrədilməsi və reklam məqsədilə istifadə olunmayacağını, onların əlavə şifrələmə üsulları ilə qorunacağını açıqlayıb.

Bununla belə, kibertəhlükəsizlik mütəxəssisləri texnologiya şirkətlərinin xidmət şərtlərini zamanla dəyişə bildiyini xatırladaraq, belə həssas məlumatların gələcəkdə necə istifadə olunacağı ilə bağlı narahatlıqların davam etdiyini bildirirlər.

Mütəxəssislər hesab edirlər ki, süni intellektdən əldə olunan tibbi məlumat və tövsiyələr mütləq həkim tərəfindən qiymətləndirilməli, son qərar isə yalnız peşəkar tibbi rəyə əsasən verilməlidir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri