Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

ChatGPT ilə erotik məzmun

ChatGPT ilə erotik məzmun

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Qan Turalı yazır...

"ChatGPT" həyatımızda mühüm bir yer tutur. Hətta o dərəcədə önəmlidir ki, artıq insanlara ağsaqqallıq, bəzən mentorluq edir. Psixoloji məsləhətlərdən tutmuş, maliyyə planlaşdırmasına qədər insanlar hər şeydə "ChatGPT" ilə məsləhətləşərək qərar verirlər.

Dünən açıqlanan yeniliyə görə isə "ChatGPT"də erotik məzmunlar yaratmaq da mümkün olacaq. Bu yeniliyə nə ehtiyac var idi? Doğrudur, şirkət bu cür məzmunların yaş senzinə bağlı olduğunu iddia edir. Ancaq yaş məhdudiyyətini aşmağa nə var ki? Yeniyetmələrin əlində bu bir saniyəlik işdir.

Ümumilikdə isə, təkcə "ChatGPT"yə yox ümumilikdə sosial şəbəkələrə yaş senzinin qoyulması ən çox müzakirə edilən mövzulardan biridir. Fikrin tərəfdarları öz mövqelərini belə müdafiə edir: Madam ki, yaşı 18-ə çatmamış şəxslərə siqaret, spirtli içki satılmır, ya da onların səsvermə hüququ yoxdur, bu məhdudiyyət sosial şəbəkə üzvü olmağa da aid edilməlidir. Məntiqli görünür ancaq belə bir mexanizmin işlək olmasına böyük şübhələr də var.

"ChatGPT"də yeniliklər də var. Misal üçün, mesajlaşma xidməti. Göründüyü kimi "ChatGPT" də sosial şəbəkə olmağa doğru gedir. Bu yeniliklərin məqsədinin istifadəçi sayının artırmaq olduğu bildirilir. İstifadəçi sayı artırsa deməli, keyfiyyətdə güzəştə getmək vacibdir.

İlon Maskın süni intellekti olan "Grok" erotik məzmunlara yer verməsi ilə bu sahədə pioner olmuşdu. İndi isə "ChatGPT" bu yolu davam etdirir.

Bəşər övladının isə hər şeyi məhv etmək xasiyyəti var. Ya da belə demək daha nəzakətli görünür: Heç bir kəşf əzəli məqsədinə xidmət etmir. Yeni dövrün nəhəng texnoloji kəşfləri bəşərin rifahının artmasında yox, silah sənayesinin yüksəlişində istifadə edildi, iki dünya müharibəsi oldu və bu müharibələrdə on milyonlarca adam öldü. Bu faktın özü belə dediklərimizi sübut etməyə kifayət edir.

Ya da internetin kəşfini götürək. İnternetin yeni kəşf edildiyi zamanlarda də sosioloqlar, filosoflar, futuroloqlar düşünürdülər ki, internetin kəşfi ilə informasiya cəmiyyəti qurulacaq, informasiyalar daha sürətli dövr edə biləcək, azad fikrin, sağlam şüurun çata bilmədiyi diyarlar çiçəklənəcək, hər yer gülüstana çevriləcək.

Bütün bunların bu cür olmadığı zamanla üzə çıxdı. Hazırda biz sosial media zibilliyində yaşayırıq. Hər bir zibillik kimi burada da yaxşı axtarsaq faydalı şeylər tapa bilərik. Ancaq bu, onun zibillik mahiyyətini əsla dəyişdirmir.

"ChatGPT" ilk dəfə ortaya çıxanda da nə ümidlər vardı, nə xəyallar vardı. İşlərimizi ona gördürəcəyik, beşgünlük işi beş dəqiqəyə görəcəyik. Qalan vaxtda isə elmlə, fəlsəfə ilə, incəsənətlə məşğul olacağıq. İndi isə "ChatPT" erotik məzmun yaratmağa imkan verir. Əzəli məqsədinə qətiyyən uyğun gəlməyən bir yanaşmadır, özgələşmədir.

"ChatGPT"nin xeyli faydaları da var, bunu inkar etmək olmaz. Ancaq kütləvi istifadə belədirmi? Şirkət isə süni intellekti gücləndirmək, yalan xəbərlərlə mübarizə aparmaq əvəzinə istifadəçi sayını artırmağa çalışır. "ChatGPT" ilə fala baxan kim, ulduz bürcü oxuyan kim. Tərəzi və Dolça bürcünün münasibətləri tutarmı? Bunu soruşanlar da var. Ya da, yuxusunu "ChatGPT"yə danışıb ondan bu yuxunun yozulmasını istəyənlər də az deyil. Bəs "ChatGPT" bu suallar qarşısında nə edir? Yüz ilin yuxu yozanı kimi məsləhət verir.

İndi isə erotik məzmunlar yaradacaq. Bəs sabah nə olacaq? Problem buradadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri