Icma.az
close
up
RU
ChatGPT ilə ucuz təyyarə biletini necə tapmaq olar? Addım addım bələdçi

ChatGPT ilə ucuz təyyarə biletini necə tapmaq olar? Addım addım bələdçi

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bir çox səyahətçi bilet xərclərini azaltmağın yollarını axtarır. Bunun üçün faydalı alətlərdən biri də ChatGPT-dir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu texnologiya birbaşa bilet satmasa da, marşrutların, tarixlərin və bron platformalarının düzgün seçilməsində kömək edə bilər.

ChatGPT-nin imkanları

Bilet axtarış saytları barədə məsləhətlər: Skyscanner, Aviasales, Momondo, Kayak kimi platformaları tövsiyə edə bilər.

Tarixlərin seçimi və alternativ hava limanları: Elastik təqvimdən istifadəni və qonşu hava limanlarının nəzərə alınmasını məsləhət görür.

Qiymətlərin necə formalaşdığını izah edir: Niyə bəzən həftəiçi uçuşların daha ucuz olduğunu başa salır.

Büdcə aviaşirkətlərinin siyahısını verir: Məsələn, Ryanair və Wizz Air kimi şirkətlər bəzən iri axtarış sistemlərində görünmür.

Ustalıq məsləhətləri paylaşır: VPN, saytların yerli versiyaları və müxtəlif valyutalarla qiymətləri yoxlamağın pul qənaəti üçün faydasını izah edir.

Məhdudiyyətlər

ChatGPT birbaşa bilet satmır və real vaxtda qiymət məlumatına çıxışı yoxdur.

Məsləhətlər trend və açıq məlumatlara əsaslanır. Sin qərarı həmişə aviaşirkət və ya aqreqator saytında yoxlamaq lazımdır.

Qiymətlər hər saat dəyişə bilər, ona görə də tapılan sərfəli variantları tez bron etmək tövsiyə olunur.

Addım-addım ucuz bilet axtarışı

1. Parametrləri müəyyənləşdirin. Uçuş şəhəri, tarix aralığı, büdcə və tranzit variantlarını əvvəlcədən seçin.

2. Düzgün sual verin. Məsələn: “Mən Kiyevdən Parisə oktyabrda ən ucuz uçuşu tapmaq istəyirəm. Tranzit variantlar və qonşu hava limanları da məni maraqlandırır. Hansı tarixlər daha sərfəlidir və qiymətləri harada yoxlaya bilərəm?”

3. Marşrutları yoxlayın. ChatGPT təklif olunan marşrutları Skyscanner, Momondo, Aviasales, Kayak və ya birbaşa aviaşirkət saytlarında yoxlamağı tövsiyə edə bilər.

4. Əlavə imkanlardan istifadə edin.

Gizli marşrutlar: Bilet tranzit şəhərə alınır, sərnişin isə tranzitdə enir.

Büdcə aviaşirkətləri: Ryanair, Wizz Air kimi ucuz reyslərə ayrıca baxın.

Segmentlərlə bilet: İki ayrı bilet bəzən birbaşa biletdən ucuz olur.

Aksiya və “səhv tariflər”: Bəzən texniki səbəblərə görə biletlər ucuz satışa çıxır – təsdiq gələnə qədər əlavə xərclər etməyin.

Platformaları müqayisə edin: Expedia, Kayak və rəsmi saytlar arasında qiymətlər fərqli ola bilər.

“Gediş-gəliş” və “bir istiqamət” biletlərini müqayisə edin.

5. Alış vaxtını seçin. Əksər ekspertlərə görə, uçuşdan 2–4 həftə əvvəl bron etmək sərfəlidir. Həftə içi və səhər/axşam reysləri də adətən daha ucuz olur.

Əlavə məsləhətlər

Qiymətlərin bahalaşmaması üçün inkoqnito rejimində axtarın.

Fərqli valyutalarda qiymətləri yoxlayın. Bir neçə faiz qənaət edə bilərsiniz.

VPN-dən istifadə edin, başqa regionların qiymətlərini görün.

Bayram öncəsi və ya promo kampaniyaları izləyin.

ChatGPT ucuz uçuş tapmaq üçün strategiyanı seçməkdə, harada axtarmaq lazım olduğunu anlamaqda və artıq xərclərdən yayınmaqda əvəzsiz bələdçi ola bilər. Onun məsləhətlərini aqreqator saytlarla birləşdirərək səyahət xərclərinizi xeyli azalda bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri