Icma.az
close
up
RU
ChatGPT ilə yazışmalarınız məhkəmədə sübut kimi istifadə oluna bilər

ChatGPT ilə yazışmalarınız məhkəmədə sübut kimi istifadə oluna bilər

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstifadəçilərin ChatGPT ilə apardığı söhbətlər məhkəmə işlərində sübut kimi istifadə oluna bilər.

Milli.Az bildirir ki, bu barədə OpenAI-nin baş direktoru Sam Altman xəbərdarlıq edib.

O bu barədə amerikalı komediyaçı Theo Von-un "This Past Weekend" adlı podkastında danışıb. 

Altman deyib ki, istifadəçilər ChatGPT-yə çox şəxsi və həssas məsələlərini danışır, xüsusən də gənc nəsil onu bəzən psixoloq və ya həyat məsləhətçisi kimi istifadə edir.

"Xüsusilə gənclər sevgili problemləri, şəxsi narahatlıqlar barədə ChatGPT-yə yazır və 'Nə edim?' deyə soruşurlar."

Amma o izah edir ki, həkim, vəkil və ya psixoloqla danışdıqda, bu danışıq hüquqi cəhətdən məxfi sayılır və heç kim onu icazəsiz əldə edə bilməz. Lakin ChatGPT ilə belə bir qanuni qoruma yoxdur.

"Əgər kimsə ChatGPT-yə çox şəxsi şeylərini danışsa və sonradan hüquqi bir araşdırma olsa, biz bu yazışmaları təqdim etməyə məcbur qala bilərik. Bu isə ciddi problemdir."

O bildirib ki, bu məsələ çox təhlükəlidir və təcili olaraq bu sahədə hüquqi qaydaların yaradılmasına ehtiyac var:

"Düşünürəm ki, AI ilə söhbətlər də psixoloq və ya vəkillə danışmaq kimi eyni gizlilik hüququ ilə qorunmalıdır."

Altmanın bu sözləri, süni intellektin gündəlik həyatımıza getdikcə daha çox daxil olduğu bir zamanda, data məxfiliyi və etik məsələlərin vacibliyinə diqqət çəkir.

İslam
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 İyul 2025 01:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri