Icma.az
close
up
RU
ChatGPT ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

ChatGPT ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gündəlik həyatda, xüsusilə də gərgin və stresli şəraitdə yaşayan insanlar arasında süni intellektin psixoloqu əvəz edib-edə bilməyəcəyi ilə bağlı suallar artır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, süni intellektin insan psixikasına təsirino bir sıra alimlər araşdırıb. Amerikalı fəlsəfə doktoru, psixoloq Cudit S. Bek Psychology Today üçün yazdığı məqalədə tədqiqatlara istinad edərək bildirib ki, ChatGPT kimi süni intellekt çat-botlarından psixoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə istifadə etməyin həm üstünlükləri, həm də ciddi riskləri var. Mütəxəssisin sözlərinə görə, mənfi tərəflər o qədər əhəmiyyətlidir ki, ilk növbədə məhz onlara diqqət yetirmək lazımdır.

ChatGPT-ni niyə psixoloq əvəzinə istifadə etmək olmaz?

Psixoloq vurğulayır ki, ciddi psixi pozuntuların, o cümlədən bipolyar pozuntu və ya şizofreniyanın əlamətləri olan şəxslər, eləcə də özünə və ya başqalarına zərər vermək barədə düşünən insanlar çat-botlardan psixoloji dəstək məqsədilə istifadə etməməlidirlər.

Araşdırmalara görə, radikal və ya ifrat düşüncələrə malik insanlar bəzən süni intellektin onların fikirlərini təsdiqlədiyini hiss edirlər. Çünki çat-botun əsas məqsədlərindən biri istifadəçi ilə uyğun ünsiyyət qurmaqdır. Dünyada sənədləşdirilmiş bəzi hallarda psixi sağlamlıq problemi yaşayan şəxslərin çat-botlarla ünsiyyətdən sonra simptomlarının ağırlaşdığı, hətta intihar və ya zorakılıq hadisələrinin baş verdiyi qeyd olunur.

Alimlər bildirirlər ki, psixi xəstəliyi olmayan insanlar üçün də belə platformalar müəyyən risklər yarada bilər. Süni intellekt istifadəçinin gələcək, dünya, digər insanlar və ya özü haqqında mənfi düşüncələrini istəmədən gücləndirə bilər.

Süni intellektə emosional bağlılıq yarana bilər

Mütəxəssislərin fikrincə, bəzi insanlar zamanla süni intellekti canlı varlıq kimi qəbul etməyə və onun cavablarını həqiqi empatiya kimi dəyərləndirməyə başlayırlar. Bu isə emosional asılılığın yaranmasına, real insanlarla münasibətlərin zəifləməsinə və sosial əlaqələrin azalmasına səbəb ola bilər.

ChatGPT-ni psixoloq kimi istifadə etməyin digər mənfi cəhətləri

Çat-bot mürəkkəb və ya xroniki psixoloji problemləri, eləcə də toksik münasibətlərdə olan insanları lazımi şəkildə qiymətləndirə bilmir. Belə hallarda peşəkar və fərdiləşdirilmiş müalicə planına ehtiyac olur. Bundan əlavə, süni intellekt istifadəçinin davranış və düşüncə tərzini hərtərəfli təhlil etmək imkanına malik deyil. Buna görə də verdiyi tövsiyələr konkret vəziyyət üçün uyğun olmaya və ya yanlış istiqamətə yönləndirə bilər.

Ekspert həmçinin qeyd edir ki, çat-botlar fərdi terapiya metodlarını istifadəçiyə uyğunlaşdıra bilmir. Bundan başqa, məlumatların məxfiliyi və hüquqi məsuliyyət məsələləri də tam həll olunmayıb. Bir çox istifadəçi düzgün sorğu yazmaqla ChatGPT-ni psixoloqa çevirməyin mümkün olduğunu düşünsə də, mütəxəssislər bunun təhlükəsiz yanaşma olmadığını vurğulayırlar.

Süni intellekt psixoloqu əvəz edə bilərmi?

Mütəxəssislərin fikrincə, süni intellekt istənilən vaxt əlçatan olsa da, onu peşəkar psixoloq və ya psixoterapevtin tam alternativi hesab etmək düzgün deyil. Bundan əlavə, ChatGPT ilə yazışmaların tam anonim olduğu düşüncəsi də reallığı tam əks etdirmir. Süni intellekt müəyyən mövzularda dəstək, məlumat və düşünməyə kömək edən alət ola bilər, lakin ciddi psixoloji problemlərin diaqnostikası və müalicəsi yalnız ixtisaslı mütəxəssislər tərəfindən aparılmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 İyul 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri