Icma.az
close
up
RU
“Chatham House”: Aşuraya qədər Xameneyi ictimaiyyət qarşısına çıxmasa...”

“Chatham House”: Aşuraya qədər Xameneyi ictimaiyyət qarşısına çıxmasa...”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İranın dini lideri Ayətullah Əli Xamneyi bir həftəyə yaxındır ki, ictimaiyyət qarşısına çıxmır.

Onun sui-qəsd ehtimalına görə bunkerdə olduğu iddia edilir. Hakimiyyət birmənalı açıqlama verməsə də, bu susqunluq ölkədə təşviş və siyasi aktivliyi artırıb.

"Cebheinfo.az" xəbər verir ki, İsrailin İrandakı hərbi və nüvə hədəflərinə hücumları ilə başlayan müharibə müvəqqəti atəşkəslə 14-cü günündə dayandırılıb. Ancaq indi bütün dünya başqa bir sual üzərində düşünür: İranın dini lideri Ayətullah Əli Xameneyi haradadır? Xameneyinin durumu ilə bağlı dəqiq məlumat yoxdur. İranda mərkəzi fiqur olan Xameneyi həm ictimaiyyətdə, həm də siyasi dairələrdə ciddi maraq və narahatlıq yaradıb. İran dövlət televiziyasının aparıcısı bu susqunluğu şübhə altına alan ilk rəsmi səslərdən biri olub. Xameneyinin ofisinin rəsmisinə efirdə "İnsanlar ali liderdən çox narahatdırlar. Onun necə olduğunu deyə bilərsinizmi?" deyə soruşduqda Arxiv İdarəsinin rəisi Mehdi Fəzaəli aydın cavab vermək əvəzinə, "Hamımız dua etməliyik. Ali rəhbərin müdafiəsinə cavabdeh olan insanlar öz işlərini layiqincə yerinə yetirirlər",- deyib.

İranın təhlükəsizlik dairələrinin bildirdiyinə görə, Xameneyi sui-qəsd riski səbəbindən bunkerdə gizlənir. Bildirilir ki, mümkün hücumlardan qorunmaq üçün bütün təmaslardan, o cümlədən elektron ünsiyyətdən yayınır. Xameneyinin bu proses zamanı 3 din xadimini potensial varis təyin etdiyi barədə də iddialar var. İran İnqilabı Keşikçiləri Korpusunun komandirinin oğlu və siyasi analitik Həmzə Səfəvi İsrailin atəşkəs dövründə belə, sui-qəsdə cəhd edə biləcəyinə inanıldığını və bu səbəbdən fövqəladə təhlükəsizlik protokollarının  olduğunu bildirib. Britaniyanın “Chatham House” analitik mərkəzinin Yaxın Şərq üzrə direktoru Sənam Vəkil bildirib ki, Xameneyinin görünməməsi ciddi əlamət ola bilər. İran xalqının öz dini liderinin üzünü görmək istədiyini vurğulayan Vəkil "Aşura mərasiminə qədər ictimaiyyət qarşısına çıxmasa, bu vəziyyət onun səhhəti və ya rəhbərliyi ilə bağlı narahatlıqları artırır",- deyib. Məhərrəm ayı çərçivəsində iyulun əvvəlində Aşura mərasimləri keçiriləcək. Bildirilir ki, Xameneyi o vaxta qədər ictimaiyyət qarşısına çıxmasa, İranda siyasi vəziyyət daha da mürəkkəbləşə bilər.

Nigar 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 İyun 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri