Icma.az
close
up
RU
Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu FOTO

Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

31 iyul 2025-ci il tarixinə olan məlumata görə, Çinin avtomobil istehsalçısı Chery Group-un cəmi istifadəçi bazası (bu tarixədək satılmış avtomobillərin sayı) 17,18 milyonu ötüb, onların 5,17 milyonundan çoxu xarici istifadəçilərdir (Çinin xaricinə göndərilmiş avtomobillərin sayı).

Avtosfer.az xəbər verir ki, 2025-ci ilin İyul ayında Chery Group ümumilikdə 224 min 439 avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% artım deməkdir.

Qrup yeni enerji ilə işləyən nəqliyyat vasitələri (NEV - hibrit, plug-in hibrit və digər elektrik avtomobillər) sahəsində də nəticələrini açıqlayıb — 65 min 357 vahid satış qeydə alınıb ki, bu da illik müqayisədə 44,1% artım deməkdir.

Chery iyul ayında 119 min 90 avtomobil ixrac etməklə, əvvəlki illə müqayisədə 31,9% artım göstərib və Çin avtomobillərinin aparıcı ixracatçısı mövqeyini qoruyub.

Bu ilin ilk yeddi ayında Chery-nin ümumi satışı 1 milyon 484 min 563 avtomobilə çatıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım deməkdir. Həmin dövrdə şirkət 669 min 360 avtomobil ixrac edib və bu, onu Çində ixrac üzrə lider mövqeyində saxlayıb.

İxrac bazarında BYD Chery-yə yaxınlaşır. Bu ilin ilk yarısında BYD-nin ixrac həcmi illik müqayisədə 118,2% artaraq, Chery ilə rəqabətə yaxınlaşıb.

Yiche platformasının məlumatına görə, 2025-ci ilin ilk yarısında Çin avtomobillərinin ixrac olunduğu ilk üç ölkə Meksika, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Rusiya olub. Meksikaya 234 min 500 ədəd, BƏƏ-yə 214 min 300 ədəd, Rusiyaya isə 171 min ədəd avtomobil ixrac edilib.

İxrac illik müqayisədə Meksikaya 30,7%, BƏƏ-yə 58,5% artıb, Rusiyaya isə ixrac 59,2% azalıb.(marja.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Avqust 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri