“Chevrolet”lə toqquşan “VAZ” bordürə dəyib aşdı, sürücünün ürəyi getdi VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Masallıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 4-də səhər saatlarında Mudaküçə dairəsi adlanan ərazidə baş verib. Belə ki, hərəkətdə olan 44-CL-741 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın, “Chevrolet Cruze” markalı avtomobillə toqquşub. Qəzaya səbəb dairəvi hərəkət təşkil olunmuş yolayrıcının keçilməsi qaydasının pozulması olub. Nəticədə “Chevrolet”ə çırpılan “VAZ” öncə bordürə dəyib, ardınca aşıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi zərər dəyib. Qəzadan sonra “VAZ”sürücüsünün halı pisləşib və ürəyi gedib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 05 Avqust 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















