Icma.az
close
up
RU
CHP bölünür Baxçalıdan açıqlama

CHP bölünür Baxçalıdan açıqlama

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Özgür Özəlin Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılaraq yeni partiya quracağı ilə bağlı qərarına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, MHP lideri belə bir vəziyyətin uzun zamandır gözlənildiyini vurğulayıb.

“CHP daxilindən yeni bir partiya yaranır, bunun siqnalları artıq uzun müddətdir görünürdü. Yeni partiyaya (CHP-dən) neçə deputatın keçəcəyi ilə bağlı müxtəlif siyahılar yayılır. Bəziləri 80, digərləri isə 90 deputatın keçəcəyini deyir. Hər halda yeni partiya qurulur. Bununla yanaşı, müzakirə olunan digər məsələ isə partiyanın əmlakının necə bölüşdürüləcəyidir.

Əgər CHP daxilindən yeni partiya yaranırsa və CHP-yə məxsus binalar, xidməti avtomobillər və digər aktivlər mövcud partiyada qalırsa, belə olan halda 2026-cı ilin dövlət büdcəsindən CHP-yə ayrılan 1 milyard 815 milyon lirə məbləğində maliyyə yardımından CHP-dən ayrılıb yeni partiyaya keçən deputatların sayına uyğun payın həmin yeni partiyaya verilməsi etik baxımdan doğru olardı”, - Baxçalı vurğulayıb.

Xatırladaq ki, məhkəmə mayın 21-də CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv edib. Məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu yenidən vəzifəyə qaytarılıb.

Özgür Özəlin sədr seçildiyi qurultayın nəticələrini ləğv edən məhkəmənin qərarına görə, 2023-cü il noyabrın 6-da baş tutan səsvermə partiyadaxili demokratiya, bərabərlik və azad iradə prinsiplərinə zidd şəkildə keçirilib, bu səbəbdən nəticələr mütləq etibarsızlıq əsası ilə qüsurlu hesab olunub./teleqraf

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 İyul 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri