CHP dən ayrılıb Yeni Partiya yaradır
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsindən kənarlaşdırılan Özgür Özel partiyanın bugünkü qrup iclasında çıxış edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, çıxışı zamanı bu gün CHP ilə vidalaşdığını və yeni partiya yaradacağını bəyan edib.
O, yeni yaradılacaq partiyanın Yeni Partiya adlanacağını açıqlayıb.
Özel həmçinin Yeni Partiyanın Türkiyə Böyük Millət Məclisində (TBMM) əsas müxalifət partiyası olacağını bəyan edib.
Xatırladaq ki, bu ilin mayında Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin isə vəzifəsi bərpa olunub. Bunun ardınca partiya daxilində tərəflər arasında siyasi qarşıdurma və mübahisə yaranıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 21 İyul 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















