Icma.az
close
up
RU
CHP dən radikal addım: Seçkidən öncə namizədini elan etdi

CHP dən radikal addım: Seçkidən öncə namizədini elan etdi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

CHP İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunu namizəd elan edib. Türkiyədə erkən seçki iddiaları fonunda bu addım diqqət çəkir.

İddialara görə, digər müxalif partiyalar da CHP-nin bu qərarına dəstək verəcək.

CHP-nin bu addımının məqsədi nədir? Digər müxalifət partiyaları CHP-yə dəstək verəcək? İmamoğlu müxalifətin vahid namizədi ola bilər?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Əkrəm İmamoğlunun CHP-nin namizədi olacağı bəlli idi:

“Hətta bunun olacağı onun həbsindən öncə də bəlli idi. CHP bu qərarı asan vermədi. Çünki Ə. İmamoğludan başqa Mansur Yavaşın da namizəd kimi adı hallanırdı. M. Yavaş iştirak etməyəcəyini elan etdikdən sonra onun namizədliyi dəqiqləşdi.


Elxan Şahinoğlu

CHP indiki məqamda İmamoğlunun həbsindən və bu proses fonunda yaranan vəziyyətdən istifadə edir. Yəni seçki üçün bunu ağıllı strategiya kimi qiymətləndirmək olar. Lakin ortada ciddi suallar var. Misal üçün Ə. İmamoğlu seçkilərə qədər həbsdən azad olmasa onun iştirakı mümkün deyil. Bu zaman onu kimi əvəzləyəcəyi məsələsi ortaya çıxır.

İmamoğlu azadlığa çıxmasa böyük ehtimalla onu Mansur Yavaş əvəzləyəcək. O ki qaldı digər partiyaların İmamoğluya və CHP-yə dəstəyinə hesab edirəm bu mümkündür. Lakin bu yenə onun həbsdən azad olunmasından asılı olacaq”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Mart 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see315

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see266

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see225

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see222

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see219

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see212

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see196

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri