Icma.az
close
up
RU
CHP nin deputatı: “Hər sahədə Azərbaycan xalqı ilə həmrəyik ” MÜSAHİBƏ

CHP nin deputatı: “Hər sahədə Azərbaycan xalqı ilə həmrəyik ” MÜSAHİBƏ

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Cebheinfo.az” saytının buhəftəki qonağı Cümhuriyyət Xalq Partiyasının (CHP) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) Qrup sədr müavini Murat Emirdir. 

Deputatla CHP-nin Azərbaycana qarşı mövqeyi və ölkəmizə səfəri barədə danışdıq. Həmçinin, Azərbaycan-Türkiyə münasibətləri, Şimali Kipr Türk Cümhuriyyəti və Güney Azərbaycanla bağlı da söhbət etdik: 

- Murat bəy, Türkiyənin ana müxalifət partiyası olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) Azərbaycanla bağlı mövqeyi və siyasəti nədən ibarətdir?

- Azərbaycan Türkiyə Cümhuriyyətinin əbədi qardaş ölkəsidir. Bütün siyasi partiyalarımız və vətəndaşlarımız üçün bu müzakirə predmeti belə olmayan bir mövqedir, duruşdur. Türkiyə Cümhuriyyətinin qurucusu və ölkəni idarə etmək istəyən Cümhuriyyət Xalq Partiyası olaraq “Bir millət, iki dövlət” şüarı ilə qardaş ölkəmiz Azərbaycanla  münasibətlərimizdəki rəsmi mövqeyimizi hər zaman ortaya qoymuşuq. 

- CHP Azərbaycan-Türkiyə münasibətlərinin daha da yüksək səviyyələrə çıxması üçün hansı addımların atılmasını təklif edir? İki qardaş ölkə arasında başqa hansı ortaq layihələr icra oluna bilər?

- Biz hər sahədə Azərbaycan dövləti və xalqı ilə həmrəyik. İqtidara gəlmək istəyən partiya olaraq da qardaş ölkə Azərbaycanla ortaya qoymaq istədiyimiz beynəlxalq layihələr üçün hazırlıq və görüşmələrimiz yüksək səviyyədə davam etdirilir. Azərbaycan Respublikasının Milli Məclisinin yaranmasının 106-cı ildönümündə keçirilən tədbirlərə dəvət  çərivəsində bu görüşləri davam etdirdik. Orada da qarşılıqlı fikir mübadiləsi apardıq. 

- CHP-nin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) Qrupu ilə Azərbaycan parlamentinin əlaqələri hansı səviyyədədir?

- Azərbaycan Milli Məclisinin yaranmasının 106-cı ildönümü ilə bağlı keçirilən tədbirlərə partiyamızı da dəvət etməsi əlaqələrimizin qarşılıqlı güvən içərisində inkişafını göstərir. Hazırda da əlaqələrimiz yüksək səviyyədədir.

- Siz də bəhs etdiyiniz tədbir, daha dəqiq desək, “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı çərçivəsində keçən ilin dekabr ayında ölkəmizə gəlmişdiniz. O zaman Şuşa, Xankəndi və Füzulini ziyarət etdiniz. Həmin səfəriniz necə keçdi? Qarabağla bağlı təəssüratlarınızı öyrənmək istərdik...

- Biz müharibənin vurduğu dağıntıların yaralarının sağalması prosesində can Azərbaycanla hər zaman həmrəyik. 30 il ərzində işğal altında qaldıqdan sonra yenidən qurulan Şuşa, Xankəndi və Füzulini ziyarət edəndə duyğusal anlar yaşadıq. Eyni zamanda, Xocalı qətliamında 613 azərbaycanlı qardaş-bacımızın qətlə yetirilməsi hələ də yaddaşımızdadır. Tək millət, iki dövlət olaraq yaraları birlikdə saracaq, beynəlxalq arenada da eyni duruşu sərgiləməyə davam edəcəyik. 

- Necə düşünürsünüz, Türkiyə türk dünyası ilə hansı sahələrdə münasibətlərini inkişaf etdirməlidir? Şuşa Bəyannamasi kimi bir müqavilə rəsmi Ankara ilə başqa hansı türk dövlətləri arasında imzalana bilər?

- Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında müdafiə sahəsində imzalanıb. Lakin Türkiyənin digər türk dövlətləri ilə imzaladığı başqa müqavilələr də var. Diplomatik görüşmələr nəticəsində dövlətlərin ehtiyac və tələblərinə görə ortaq mənfəətlər istiqamətində başqa türk dövlətləri ilə də yeni razılaşmalar imzalana bilər. 

- Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin beynəlxalq səviyyədə tanınması üçün nələr edilməlidir? Bununla bağlı partiyanızın hansı təklifləri var?

- Türkiyə Şimali Kipr Türk Cümhuriyyətini (KKTC) “yavru vətən” adlandırır. Kipr hərəkatı ovaxtkı baş nazir Bülent Ecevit və xarici işlər naziri Turan Günəşin də yer aldığı koalisiya hökumətinin planlaması ilə həyata keçirilib. 

Hər iki şəxs də Cümhuriyyət Xalq Partiyasından olub. Biz söz vətəndən düşəndə gerisinin təfərrüatdan ibarət olduğunu deyən Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün sözlərinin işığı ilə hərəkət edən, dövlətin, millətin mənafeyini hər şeydən üstün tutan bir partiyayıq. 

Lakin təəssüf ki, Kipr hərəkatının 50-ci ildönümü tədbirləri çərçivəsində sədrimiz Özgür Özəl və partiya nümayəndə heyətimizin səfərlərinin Türkiyənin hakim partiyasının bürokratları tərəfindən manipulyasiya edilməsi cəhdi oldu. Sosial şəbəkələr üzərindən Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Xalq Partiyasına dəstək verən və rəğbət bəsləyən  18 vətəndaşının iqtidar tərəfindən Türkiyəyə girişinə qadağa qoyulması qəbuledilməzdir. 

Bizim üçün önəmli olan Şimali Kipr xalqının iradəsi və tələbləridir. Sədrimiz Özgür Özəl Sosialist İnternasionalının və Avropa Sosialist Partiyasının hər toplantısında daim Şimali Kipr Türk Cümhuriyyətini xüsusi vurğulayır. Bizim ən mühüm tələb və təklifimiz Şimali Kipr Türk Cümhuriyyəti xalqının qərar və istəkləri istiqamətində addımların atılmasıdır. Bunun ən önəmli addımı Cümhuriyyət Xalq Partiyası olaraq Avropa İttifaqına üzvlüyünü qəbul etdiyimizi hər fürsətdə bildiririk.

- Son olaraq bizim üçün çox vacib olan bir məsələ barədə də soruşmaq istəyirəm. CHP-nin Güney Azərbaycanla bağlı mövqeyi necədir?

- Türkiyə ilə Azərbaycanın beynəlxalq aləmdəki münasibəti də ortaqdır. Azərbaycanın torpaqlarının 30 il ərzində işğal altında qaldığı dönəmdə İranın etdikləri göz önündədir. Həmçinin, Güney Azərbaycan torpaqlarının İranın nəzarətində olması məsələsini, bir neçə il əvvəl Tehranda Azərbaycan səfirliyinin binasına hücumu və zaman-zaman tərəflər arasında artan gərginliyi diqqətlə izləyirik. Təbii ki, Cümhuriyyət Xalq Partiyası hakimiyyətə gəldikdən sonra bu məsələlər və gözləntilərimiz Azərbaycanla danışıqlarda müzakirə olunacaq, eləcə də beynəlxalq aləmdə üzərimizə düşən təmsilçiliyimizi təmin edəcəyik. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri