Chrome dövrünün sonu? OpenAI yeni nəsil intellektual brauzeri təqdim edir
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"ChatGPT" süni intellekt sisteminin yaradıcısı olan "OpenAI" şirkəti yaxın vaxtlarda süni intellekt texnologiyalarına əsaslanan öz brauzerini təqdim edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məsələ ilə tanış mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, "OpenAI"nin yeni brauzeri geniş süni intellekt funksiyaları ilə təchiz ediləcək. Bu, istifadəçilərə informasiya axtarışını avtomatlaşdırmağa imkan verəcək.
Əgər məhsul uğurla istifadəyə verilərsə, "OpenAI"nin brauzeri hazırda qlobal bazarın üçdəikisindən çoxuna sahib olan "Google Chrome"un mövqelərini zəiflədə bilər və şirkət üçün əhəmiyyətli reklam gəlirləri təmin edə bilər.
Qeyd edək ki, 2025-ci ilin aprelində "OpenAI" "Google Chrome"un alınmasında maraqlı olduğunu bəyan etmişdi, lakin bu saziş baş tutmamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 11 İyul 2025 08:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















