Icma.az
close
up
RU
Cibi də yandırır, evi də Közərmə lampalarına qoyulan QADAĞA səmərə verəcək?

Cibi də yandırır, evi də Közərmə lampalarına qoyulan QADAĞA səmərə verəcək?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda ənənəvi közərmə lampalarının istifadəsinə məhdudiyyətlərin tətbiq edilməsi və onların tədricən bazardan çıxarılması gündəmdədir. Mütəxəssislər bildirirlər ki, közərmə lampaları cibi də yandırır, evi də...

Həm enerji sərfiyyatı, həm də ətraf mühitə vurduğu ziyanı nəzərə alaraq ölkəmizdə 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir. Bu, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının isə 2026-cı il iyulun 1-dən satışı qadağan ediləcək.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

30 milyon kubmetr qaza qənaət

Energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai müzakirəsində bildirib ki, bir led lampasının istifadə müddətində 10-dan çox közərmə lampası xarab olur. Vətəndaş lampanın qiymətinə aldanır, amma uzunmüddətli hesablamada, əslində, xərclədiyindən daha çox ziyana getdiyinin fərqinə varır: "7 Vt-lıq bir led lampası altı manatdır, bir közərmə lampası isə 60 qəpikdir. Amma vətəndaş qısamüddətli hesablama ilə közərmə lampası alır. Hesablamalarımıza görə, bir ildə bir milyon lampanın satışa çıxarılmasından söhbət gedirsə, bu, 30 milyon kub metr qaza qənaət deməkdir".

Dörd min manata qədər cərimə

Bu qadağanın əsas səbəbi közərmə lampalarının aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatına səbəb olmasıdır. LED və CFL lampaları ilə müqayisədə közərmə lampaları daha çox enerji istehlak edir və daha qısa ömürlüdür. Məsələn, 15 min saat işləmə müddəti olan bir LED lampa, min saatlıq ömrü olan 17 közərmə lampasını əvəz edə bilər ki, bu da xərcdə iki dəfə, elektrik enerjisi xərcində isə səkkiz dəfədən çox qənaət deməkdir.

Qanun layihəsinə əsasən, qadağaya əməl etməyən vəzifəli şəxslər və hüquqi şəxslər üçün müvafiq cərimələr nəzərdə tutulub. Belə ki, inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manata qədər, hüquqi şəxslər isə üç min manatdan dörd min manata qədər cərimə ediləcək.

"Lampa o qədər qızır ki..."

Elektrik mütəxəssisi Azad Qeybullayev deyir ki, közərmə lampaları işıqlandırma ilə yanaşı güclü şəkildə istilik yayır: "Hətta isti rayonlarda yay aylarında bəzi insanlar işığı söndürürdü ki, otaqda istilik az olsun. Közərmə lampaları elektrik enerjisinin təxminən 5%-ni işığa çevirir, qalan 95%-i isə istilik şəklində itirilir. Lampa o qədər qızır ki, hətta əl ilə açmaq mümkün olmur. Çünki közərmə lampaları 1300 C-dək qızır. Qızma enerji israfına gətirib çıxarır. Bununla yanaşı, həm patronu sıradan çıxarır, həm də çilçırağı".

"Led lampalar çox işıq verir, az istilik yayır"

Mütəxəssis bildirir ki, bu lampalardan istifadə olunan evlərdə qısaqapanma riski həmişə güclü olur: "Közərmə lampaları yanğın baxımından da ciddi təhlükə yaradır. Ən böyük mənfi cəhətlərindən biri də tez sıradan çıxması və faydalı iş əmsalının aşağı olmasıdır. Düzdür, qiymət baxımından közərmə lampaları çox ucuzdur. Bir led lampanın qiymətinə üç közərmə lampası almaq olar. Amma sərfiyyat baxımından ucuz aldığını düşünən insan onun istifadəsinə dəfələrlə artıq pul ödəyir. Led lampalar isə özünü doğruldur. Led lampalar eyni miqdarda işıq vermək üçün 90% daha az enerji sərf edir və daha az istilik yayır".

Mütəxəssis vurğulayır ki, LED lampaların ilkin qiyməti daha yüksək olsa da, onların uzunömürlü olması və az enerji sərf etməsi elektrik xərclərində əhəmiyyətli qənaətə səbəb olur: "Közərmə lampaları texnologiya baxımından artıq köhnəlmiş sayılır".

Ətraf mühitin qorunması

Yuxarıda qeyd etdiyimiz kimi, közərmə lampalarının yüksək enerji sərfiyyatı, elektrik enerjisinin istehsalında istifadə olunan təbii resursların daha çox istismarına gətirib çıxarır. Bu isə karbon qazı emissiyalarının artmasına səbəb olur. Əvəzində LED lampalar daha ekoloji təmiz hesab olunur və bu keçid iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna edilən dəyişiklik layihəsində qeyd olunub ki, bir il ərzində istifadə olunan bir milyon közərmə lampaları 131.4 mln. kVt.st elektrik enerjisi istehlak edir və bu həcmdə enerjinin istehsalı üçün 33.23 min ton şərti yanacaq (29.1 mln. m3 təbii qaz) istehlak olunur. Bu isə nəticədə 63.6 min ton karbon emissiyası deməkdir. Həmin közərmə lampaları LED lampaları ilə əvəz olunduğu halda tələb olunan elektrik enerjisinin istehsalı, ona sərf edilən yanacaq və emissiyanın miqdarı 8.6 dəfə azalacaq.

Xarici təcrübə

Közərmə lampalarının mərhələli şəkildə ləğvini həyata keçirən ilk ölkə Avstraliya olub. Avropa İttifaqı 2009-cu ildən başlayaraq közərmə lampalarının mərhələli şəkildə ləğvinə başlayıb və 2012-ci ilə qədər bu proses tamamlanıb. ABŞ-də 2023-cü ilin avqust ayından etibarən yeni enerji səmərəliliyi standartlarına cavab verməyən közərmə lampalarının satışı qadağan edilib. Filippin 2008-ci ildə qəbul etdiyi qanunla 2011-ci ildən etibarən közərmə lampalarının istehsalı, idxalı və satışını qadağan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 May 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri