Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Çiçək Gəraylı: Bu torpaqlarda yaşamaq mənim üçün böyük qürurdur

Çiçək Gəraylı: Bu torpaqlarda yaşamaq mənim üçün böyük qürurdur

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu torpaqları sevmək üçün burada doğulmaq yox, dəyərini ürəkdən hiss etmək kifayətdir

Bu gün sosial media böyük auditoriyaların və rəqəmsal trendlərin mərkəzinə çevrilib. Sosial şəbəkələr artıq ənənəvi medianı əvəz edir, blogerlik isə müasir dövrün ən gəlirli peşələrindən hesab olunur. Odur ki, internet və sosial media kommunikasiya vasitəsindən daha çox həyat tərzimizə çevrilib. Dünyada bu gün təxminən 5 milyarddan artıq insan internetdən və sosial mediadan  istifadə imkanına malikdir ki, bu da əhalinin 65 faizini təşkil edir.

Müasir dövrdə insanlar artıq sosial mediadan tək ünsiyyət və məlumat almaq deyil, həmçinin işlərin qurulması, inkişaf etdirilməsi kimi ciddi məsələlər üçün də istifadə edir. Bununla internet insanların asanlıqla pul qazanmasına və tanınmasına şərait yaradır. Bu sahədə uğur qazanmaq heç də göründüyü qədər asant deyil. Baxış sayı toplamaq da bir yandan.

Müsahibimiz Çiçək Gəraylını hər gün sosial şəbəkə lentlərində görürük. Hər zaman faydalı məsləhətləri, bəzən yumor hissi, bəzən də həyatın içindən olan səmimi videoları ilə günümüzə rəng qatır. Bir neçə saniyəlik videoları, maraqlı kontentləri və səmimi ünsiyyəti ilə minlərlə (və ya milyonlarla) izləyicinin sevimlisinə çevrilən Çiçək artıq rəqəmsal dünyanın ən diqqətçəkən simalarından biridir. Qısa zamanda böyük auditoriya toplamağı və insanlarla unikal bir bağ qurmağı bacaran azsaylı blogerlərdəndir. Çiçək həm də media və ictimaiyyət tərəfindən “Qarabağın ilk blogeri” kimi də qəbul olunur.

Çiçək nutrisioloq, sağlam qidalanma üzrə mütəxəssis kimi də fəaliyyətdədir. Əslən Zəngilanın Ağalı kəndindəndir. 1996-cı ildə dünyaya göz açıb, ata-baba yurdu haqqında valideynlərindən eşidib və bu yerlərin xəyalı ilə böyüyüb. Bir neçə ildir ki,  Çiçəyin xəyalları gerçəkləşib, artıq Ağalıda yaşayır. O, işğaldan azad olunmuş ərazilərdəki dirçəlişi, yenidənqurma proseslərini və yerli həyatı öz səhifələrində aktiv şəkildə tanıtdırır. O, işğaldan azad olunmuş ərazilərdəki dirçəlişi, yenidənqurma proseslərini və yerli həyatı öz səhifələrində aktiv şəkildə tanıtdırır. 

Bugünkü qonağımız Çiçək Gəraylı ilə səmimi söhbətimizi təqdim edirik. 

--Çiçək xanım, Siz  media və ictimaiyyət tərəfindən "Qarabağın ilk blogeri" kimi qəbul olunursunuz. İşğaldan azad olunmuş ərazilərdəki dirçəlişi, yenidənqurma proseslərini və yerli həyatı öz səhifələrində aktiv şəkildə tanıdırsınız. Ağalıda doğulmasanız da bu gün  o torpaqlarda yaşamaq necə hissdir?

 –Bu torpaqda doğulmasam da, bu gün burada yaşamaq mənim üçün böyük qürurdur. Ağalı kəndi artıq mənim evimdir. Hər səhər burada oyananda illərlə həsrəti çəkilən torpaqlarda həyatın yenidən canlandığını görmək çox fərqli hissdir. Yeni salınan küçələr, məktəbdən gələn uşaq səsləri, insanların öz doğma yurduna qayıdışı mənə hər gün ümid verir. Mən də bir bloger olaraq bu dirçəlişi, bu gözəllikləri və Qarabağın yeni həyatını insanlara göstərməyi özümə borc bilirəm. Düşünürəm ki, Qarabağı sevmək üçün mütləq burada doğulmaq yox, bu torpağın dəyərini ürəkdən hiss etmək kifayətdir.

--Məcburi köçkünlük dövründə yaşadığınız, rastlaşdığınız çətinliklər yaddaşınıza necə həkk olunub?  

–Ailəmiz məcburi köçkünlük illərində həm maddi, həm də mənəvi baxımdan çox ağır çətinliklər yaşayıb.Təsəvvür edin ki, bir günün içində evinizdən, yurdunuzdan uzaq düşürsünüz və buna heç hazır deyilsiniz. Bir anda həyatınız tamamilə dəyişir.  Təkcə evinizi yox, xatirələrinizi, uşaqlığınızı, yaxınlarınızı hər şeyi geridə qoyursunuz, əzizlərinizin məzarını belə. Ən ağır tərəfi isə illərlə “nə vaxt qayıdacağıq?” ümidi ilə yaşamaq idi. Anamın, nənəmin və ailəmin yaşadıqlarını dinləyərək böyümüşəm. Onların hər xatirəsində doğma yurda həsrət, qayıdış arzusu var idi. Ailəmin illərlə çəkdiyi həsrətin sona çatması, onların arzularının gerçəyə çevrilməsi çox böyük sevincdir. Buna görə də bu torpaqlarda hər gün yaşamaq, Qarabağın dirçəlişini göstərmək mənim üçün həm böyük qürur, həm də mənəvi bir borcdur.

--Bu gün sosial mediada pəhriz və nutrisiologiya ilə bağlı ziddiyyətli məlumatlar çoxdur. Oxucularımız üçün aydınlaşdıraq: pəhriz saxlamaqla düzgün qidalanmaq arasında əsas fərq nədir?

–Məncə, pəhrizlə düzgün qidalanma arasında əsas fərq onların məqsədindədir. Pəhriz müəyyən bir dövr üçün olur və adətən çəki azaltmaq və ya sağlamlıqla bağlı hansısa problemi həll etmək məqsədi daşıyır. Düzgün qidalanma isə həyat tərzidir. İnsan bunu gündəlik həyatının bir hissəsinə çevirməlidir. Mən hər zaman deyirəm ki, arıqlamaq çətin deyil, əsas məsələ verilən çəkini qoruyub saxlamaqdır. Bunun üçün də insan nəyi, nə qədər və necə yeməli olduğunu öyrənməlidir. Heç kim ömrü boyu pəhrizdə qala bilməz. Amma düzgün qidalanma vərdişi formalaşanda həm sağlam qalmaq, həm də ideal çəkini saxlamaq daha asan olur. Ona görə mənim üçün əsas məqsəd insanlara sadəcə çəki vermək yox, onlara qidalanma qaydalarını da öyrətməkdir.

--Bir dietoloq kimi, insanların sağlam qidalanmaya başlamaq istəyərkən etdiyi ən böyük səhv hansıdır?

–Fikrimcə, insanların etdiyi ən böyük səhv odur ki, hər şeyi bir gündə dəyişmək istəyirlər. Bir anda çörəyi, şirniyyatı, sevdikləri bütün qidaları həyatlarından çıxarırlar və düşünürlər ki, bu şəkildə daha tez nəticə əldə edəcəklər. Amma bu, uzun müddət davam etmir. Mən həmişə deyirəm ki, sağlam qidalanma özünü cəzalandırmaq deyil. Əsas məsələ insanın qidalanmasını elə tənzimləməsidir ki, həm nəticə alsın, həm də bunu davam etdirə bilsin. Kiçik, amma davamlı dəyişikliklər həmişə daha uğurlu nəticə verir.

--Çəki vermək istəyənlərin çoxu kalori saymağa fokuslanır. Sizcə, qidanın kalorisi önəmlidir, yoxsa onun qida dəyəri?

–Hər ikisi önəmlidir, amma məncə, təkcə kaloriyə fokuslanmaq düzgün yanaşma deyil. Bəzən insanlar yalnız kaloriyə baxırlar, amma qidanın tərkibini nəzərə almırlar. Halbuki eyni kaloriyə malik iki qidanın orqanizmə təsiri tamamilə fərqli ola bilər. Mən həmişə deyirəm ki, məqsəd sadəcə kalori toplamaq yox, orqanizmi keyfiyyətli qida ilə təmin etməkdir. Zülal, sağlam yağlar, vitaminlər, minerallar və lif həm toxluq hissini artırır, həm də orqanizmin normal fəaliyyətini dəstəkləyir. Ona görə mən qidalanmada həm kaloriyə, həm də qidanın keyfiyyətinə diqqət etməyi vacib hesab edirəm. Yalnız bu ikisinin balansı olduqda həm sağlam, həm də davamlı nəticə əldə etmək mümkündür.

--Gecə saatlarda acmaq və ya şirniyyat krizləri bir çoxlarının yaralı yeridir. İradədən kənar inkişaf edən bu şəkər və karbohidrat həvəsinin arxasında hansı fizioloji və ya psixoloji səbəblər dayanır?

 –Gecə saatlarında yaranan aclıq və xüsusilə şirniyyat istəyi hər zaman iradəsizlik demək deyil. Bunun həm fizioloji, həm də psixoloji səbəbləri ola bilər. Gün ərzində kifayət qədər qidalanmayan, uzun müddət ac qalan və ya zülal qəbul etməyən insanlarda axşam saatlarında karbohidrat istəyi daha çox müşahidə olunur. Digər tərəfdən stress, gərginlik, yorğunluq və yuxusuzluq da insanı şirniyyata yönəldə bilər. İlk növbədə səbəbi tapmaq lazımdır. Çünki problem kökündən həll olunmasa, sadəcə “özünü saxla” deməklə nəticə əldə etmək mümkün deyil. Gün ərzində balanslı qidalanan, kifayət qədər su içən və yuxu rejiminə diqqət edən insanlarda bu cür hallar xeyli azalar.

--Fəsillər dəyişdikcə mövsümə uyğun orqanizmin ehtiyacları da dəyişir. Bəs yayda-qışda rasionumuzu necə tənzimləməliyik?

 –Mən hesab edirəm ki, qidalanma mövsümə uyğun dəyişməlidir. Məsələn, yay aylarında hava isti olduğu üçün orqanizm daha çox maye itirir. Ona görə su qəbulunu artırmaq, mövsümi meyvə-tərəvəzlərə, yüngül və rahat həzm olunan qidalara üstünlük vermək lazımdır. Çox yağlı və ağır yeməklər isə həm həzmi çətinləşdirir, həm də insanı halsız hiss etdirə bilər. Qış aylarında isə orqanizmin enerji ehtiyacı bir qədər artır. Bu dövrdə zülalla zəngin qidalar, sağlam yağlar, mövsümi tərəvəzlər və immuniteti dəstəkləyən vitamin və minerallarla zəngin məhsullar rasionda kifayət qədər olmalıdır. Amma bu o demək deyil ki, qışda daha çox yeməliyik. Sadəcə qidaların keyfiyyətinə və balansına daha çox diqqət yetirmək lazımdır. Mənim üçün əsas prinsip odur ki, hər mövsümdə təbiətin bizə təqdim etdiyi təzə və mövsümi məhsullardan istifadə edək. Bu həm sağlamlıq, həm də düzgün qidalanma baxımından ən doğru seçimdir.

--Müasir dövrdə xroniki yorğunluqdan şikayətlənənlərin sayı artıb. Günə daha enerjili başlamaq üçün səhər yeməyimizdə mütləq nələr olmalıdır?

 –Əgər insan səhər ac hiss etmirsə, özünü yaxşı hiss edirsə və tətbiq etdiyi qidalanma sistemi ona uyğundursa, məcburən səhər yeməyi yeməsinə ehtiyac yoxdur. Amma ilk qəbul edilən qida mütləq balanslı olmalıdır. Mən həmişə tövsiyə edirəm ki, ilk qidada keyfiyyətli zülal, sağlam yağlar və lifli tərəvəzlər yer alsın. Bu, həm uzun müddət toxluq hissi yaradır, həm də gün ərzində enerji səviyyəsinin daha sabit qalmasına kömək edir. Əlbəttə ki, xroniki yorğunluğun səbəbini yalnız səhər yeməyi ilə əlaqələndirmək düzgün olmaz. Bəzən yuxusuzluq, stress, vitamin-mineral çatışmazlığı və ya hormonal problemlər də buna səbəb ola bilər. Ona görə də davamlı yorğunluq varsa, səbəbi mütləq araşdırılmalıdır.

 --Su qəbulunun önəmi haqqında çox yazılır. Bəs həqiqətən hər kəs gündə 2 litr su içməlidir, yoxsa bu norma fərdi hesablanmalıdır?

  – Mən “hər kəs mütləq gündə 2 litr su içməlidir” fikri ilə razı deyiləm. Suya olan ehtiyac fərdidir və insanın çəkisinə, fiziki aktivliyinə, hava şəraitinə və sağlamlıq vəziyyətinə görə dəyişir. Əsas məqsəd rəqəmə çatmaq yox, orqanizmin ehtiyacını qarşılamaqdır.

--Bir nutrisioloq kimi sizin gündəlik qidalanma rejiminiz necədir? Evinizdə heç vaxt masaya qoymadığınız “qara siyahı” da olan qidalar varmı?

 –Mən gündəlik həyatımda da öz tövsiyə etdiyim qidalanma prinsipinə əməl etməyə çalışıram. Mənim üçün əsas olan balanslı və təbii qidalanmaqdır. Evimizdə hazır qazlı içkilər, trans yağlarla hazırlanan məhsullar və həddindən artıq emal olunmuş qidalar demək olar ki, istifadə edilmir. Amma mən heç bir qidanı tam qadağan etmirəm. Çünki hesab edirəm ki, qadağalar insanı daha çox həmin qidaya meyilli edir. Əsas məsələ nəyi, nə qədər və hansı tezliklə qəbul etdiyini bilməkdir. Balans qorunduğu müddətdə sağlam qidalanmanı davam etdirmək daha asan olur.

--Sağlam həyata addım atmaq istəyən, lakin haradan başlayacağını bilməyən oxucularımıza ilk addım olaraq nəyi məsləhət görərdiniz?

–Sağlam həyata başlamaq istəyən hər kəsə tövsiyəm odur ki, ilk addımı bu gün atsın. Kiçik dəyişikliklərlə başlamaq ən doğru yoldur. Ən əsası isə bu yolda doğru məlumat və peşəkar dəstək almaqdır. Çünki hər insanın orqanizmi fərqlidir və qidalanma da fərdi yanaşma tələb edir. Oxucularımıza sağlam həyat yolunda uğurlar arzulayıram və ehtiyac duyduqları zaman bizi də seçməyi, bu yolda birlikdə irəliləməyi tövsiyə edirəm.

–Çiçək xanım, IV Qlobal Şuşa Media Forumunun iştirakçısı olmusunuz. Təəssüratlarınız izləyicilərimizə maraqlı olardı.

– IV Qlobal Şuşa Media Forumunda Qarabağın ilk blogeri kimi iştirak etmək mənim üçün böyük qürur idi. Bu forumda Prezident cənab İlham Əliyevin iştirak etməsi və bizim də belə nüfuzlu tədbirə dəvət olunmağımız çox önəmli idi. Hikmət Hacıyevlə görüşmək, birlikdə video çəkmək və onu Zəngilana evimizə dəvət etmək mənim üçün unudulmaz anlardan oldu. Ən sevindirici məqamlardan biri isə Hikmət müəllimin videolarımı izlədiyini söyləməsi idi. Çəkdiyimiz video da sosial şəbəkələrdə 1 milyondan çox baxış topladı ki, bu da mənim üçün çox dəyərli və motivasiyaedici oldu.

Məzmunlu müsahibəyə görə təşəkkür edir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Müsahibəsi apardı:

Müşfiq MİRZƏ

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see306

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see304

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see286

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see286

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see285

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see284

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see278

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see278

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see274

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see270

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see250

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see249

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see246

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see241

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see240

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see239

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see238

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see235

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see231

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri