“Çiçəklənən Ermənistan” parlamentdən kənarda qaldı
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası Ermənistan Respublikasının Milli Məclisinə keçmir”.
Gununsesi.info-nun xarici mediaya istinadən məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatlara görə, partiya seçkilərdə cəmi 3,996% səs toplaya bilib. Bu səbəbdən parlamentdə təmsil olunmaq hüququnu itirir.
Buna baxmayaraq, “Çiçəklənən Ermənistan” Partiyasının səslərin yenidən hesablanması üçün rəsmi müraciət edəcəyi gözlənilir. Partiyanın rəsmisi İveta Tonoyan jurnalistlərə açıqlamasında bu addımı təsdiqləyib.
Hazırda partiya tərəfindən səslərin yenidən hesablanması tələb olunacaq seçki məntəqələrinin müəyyənləşdirilməsi prosesi başa çatmaq üzrədir. Eyni zamanda, seçki zamanı qeydə alınan bəzi qərarlar və hərəkətlərdən şikayət etmək üçün hüquqi əsaslar müzakirə olunur.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 İyun 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















