Icma.az
close
up
RU
Çiçəklər olan suya bir sikkə atın: bir ay təzə qalacaqlar

Çiçəklər olan suya bir sikkə atın: bir ay təzə qalacaqlar

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Mis sikkənin güllərin ömrünü uzatdığı barədə fikir müəyyən elmi əsaslara malikdir. Mis ionları həqiqətən antibakterial xüsusiyyətlərə sahibdir və vazadakı mikroorqanizmlərin çoxalmasını zəiflədir. Lakin nəzərəçarpacaq effekt üçün həqiqi mis lazımdır. Müasir sikkələrdə isə misin miqdarı çox azdır. Ən yaxşı nəticə 1981-ci ildən əvvəl zərb edilmiş sikkələr və ya xüsusi çiçək qidaları ilə əldə olunur.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, sikkənin işləməməsinin əsas səbəbi müasir pullardır. 1981-ci ilə qədər bəzi sikkələr demək olar ki, tam misdən hazırlanırdı. Sonralar isə onların tərkibi dəyişdirilərək əsasən sink və ya poladdan hazırlanmağa başlanıb, üzəri isə nazik mis təbəqə ilə örtülür. Belə sikkələr demək olar ki, heç bir fayda vermir.

Bundan əlavə, köhnə mis sikkələr də oksid, kir və əl yağı ilə örtülü olur. Onlar təmizlənməsə, kifayət qədər aktiv mis ionu buraxmır. Mütəxəssislər istifadə etməzdən əvvəl sikkəni diş məcunu ilə təmizləməyi tövsiyə edir.

Hətta təmiz mis sikkə belə zəif antiseptikdir. Floristlərin verdiyi xüsusi qida qarışıqları isə daha effektlidir. Onların tərkibində şəkər (qidalanma üçün), turşu (suyun pH səviyyəsini azaltmaq üçün) və güclü antibakterial maddələr olur. Bu baxımdan mis onların yanında zəif qalır.

Sikkədən daha effektiv üsullar da var. Güldana bir xörək qaşığı şəkər və bir neçə damcı xlor əlavə etmək olar. Şəkər gülləri qidalandırır, xlor isə bakteriyaları məhv edir. Amma miqdara diqqət etmək lazımdır. 3 litr suya təxminən bir çay qaşığı kifayətdir.

Suyu mütəmadi olaraq dəyişmək, gövdəni iti bıçaqla suyun içində yenidən kəsmək, aşağı yarpaqları təmizləmək və buketi günəş şüasından, küləkdən və yetişmiş meyvələrdən uzaq saxlamaq da çox vacibdir.

Əgər mütləq sikkədən istifadə etmək istəyirsinizsə, köhnə və təmizlənmiş mis sikkə seçin və onu digər üsullarla birlikdə tətbiq edin. Təkbaşına sikkə buketi xilas etməyəcək, amma düzgün qulluqla birlikdə güllərin ömrünü bir-iki gün uzada bilər. Bir ay isə reallıqdan uzaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 May 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri