Ciddə danışıqlarının növbəti raundu: Təfərrüatlar açıqlandı
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
“ABŞ-ın milli təhlükəsizlik müşaviri Maykl Vals və dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanında keçiriləcək Ukrayna danışıqlarında ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.
Onun sözlərinə görə, son vaxtlara qədər Rusiya və ABŞ arasında enerji infrastrukturuna hücumların dayandırılması, eləcə də Qara dəniz sularında atəşə moratoriumun tətbiqi ilə bağlı konsensus olmayıb:
“Lakin martın 18-də hər iki ölkənin liderləri arasında yüksək səviyyəli danışıqlardan sonra bu məsələlərdə əhəmiyyətli irəliləyiş əldə olunub. Müzakirə zamanı Rusiya Prezidenti Vladimir Putin Donald Trampın yanaşmasını dəstəklədiyini bildirib və döyüş meydanında daha çox itkilərin qarşısının alınmasının vacibliyi ilə bağlı razılığa gəlib”.
Qeyd olunub ki, Ukraynada atəşkəsin təfərrüatları bazar günü Ciddədə müzakirə olunacaq.
Günay Rəsulqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 19 Mart 2025 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















