Icma.az
close
up
RU
Ciddə görüşü Ukrayna üçün SON ŞANSDIR? “Hər iki tərəf özünün fikirlərini diktə etməyə çalışacaqlar”

Ciddə görüşü Ukrayna üçün SON ŞANSDIR? “Hər iki tərəf özünün fikirlərini diktə etməyə çalışacaqlar”

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Atəşkəsin hansı şərtlərlə olması və ya gələcəkdə sülh müqaviləsinin hansı formada bağlanmasının açıqlanacağı müzakirə mövzusudur”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov Yenicag.az-a şərh edib.

Millət vəkili Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan ABŞ-Ukrayna görüşlərini analiz edib.

Deputat hesab edir ki, görüşdə, əsasən, ABŞ hazırkı şərtlərə görə diktə edən tərəf olmağa çalışacaq:

“Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətlərinin arasında görüş başlayıb. Təbii olaraq görüş bir az ABŞ nümayəndə heyətinin gecikmə səbəbindən təxirə salınmışdı. Qeyd edək ki, Ukrayna tərəfini görüşdə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Sibiqa və müdafiə naziri Rüstəm Umerov təmsil edir. ABŞ nümayəndə heyətinə isə dövlət katibi Mark Rubio rəhbərlik edir. Eyni zamanda, danışıqlarda milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts təmsil edir”.

Onun sözlərinə görə, Ciddə görüşündən təbii ki, Ukrayna tərəfi də çox vacib qərarlar gözləyir:

“Hazırda situasiya çox qəliz bir hal almaqdadır. ABŞ prezidenti Trampın tamamilə fərqli siyasət yürütməsi Rusiya ilə bu mənada anlaşmağa cəhd etməsi və hər nə yolla olursa olsun, müharibədə atəşkəsi əldə etmək üçün daha çox Ukraynanın üzərinə gəlməsinə baxsaq, bu görüşdə rəsmi Kiyev özü üçün daha çox həyati əhəmiyyətli məsələləri masaya çıxaracaq. Ukraynanın atəşkəsdəki istəkləri və yaxud dayanıqlı sülhün əldə olunması üçün şərtləri ilkin olaraq müzakirə ediləcək”.

“ABŞ tərəfi öncədən bildirmişdi ki, görüşdə Zelenskinin iştirakı istisnadır. Əsas nümayəndə heyətləri görüşərək həm Rusiya-ABŞ arasında hər iki prezidentin telefon danışıqlarındakı müzakirə olunan məsələlər, həm diplomatik yollarla apardıqları görüşlər, həm də Rusiya tərəfinin mövqeyi müzakirə ediləcək. O cümlədən ABŞ-nin istəkləri yalnız atəşkəslə, sülhlə bağlı yox, həm də ABŞ-nin Ukraynanın mineral yeraltı və yerüstü sərvətlərinə olan istəkləri və s. digər məsələlərin müzakirə olunması gözlənilir. Təbii ki, bütün dünyanın gözü həmin görüşdədir. İki qardaş ölkə olan Rusiya və Ukrayna arasında 3 ildən artıq müddətdir gedən müharibənin bitməsini hamı arzulayır” – deyə o, əlavə edib.

Millət vəkilinin fikrincə, ABŞ Ukraynanın yeraltı və yerüstü sərvətlərinə sahib olma istəyini masaya yatıracaq:

“Əsas burda məsələ müharibənin necə bitməsidir. Atəşkəsin hansı şərtlərlə olması və ya gələcəkdə sülh müqaviləsinin hansı formada bağlanmasının açıqlanacağı müzakirə mövzusudur. Düşünürük ki, danışıqlar gərgin olacaq. Hər iki tərəf özünün fikirlərini diktə etməyə çalışacaqlar. Hər bir halda, aparılan siyasət daha çox ABŞ tərəfinin diktə edəcəyini və müharibənin daha çox ABŞ-nin istəyi və tələbləri üzərindən bitməsinin müzakirə olunacağı gözlənilir. Ümumi görüşdə yekun alınacaq qərarlar görüş bitəndən sonra hər iki tərəfin bəyanatlarından sonra daha geniş məlumat verilməsi mümkün olacaq”.

Yenicag.az

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 11 Mart 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri