Icma.az
close
up
RU
CİDDƏDƏ DANIŞIQLARIN YENİ RAUNDU OLACAQ Atəşkəsin detalları razılaşdırılacaq

CİDDƏDƏ DANIŞIQLARIN YENİ RAUNDU OLACAQ Atəşkəsin detalları razılaşdırılacaq

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Martın 23-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukraynada atəşkəslə bağlı danışıqların növbəti raundu keçiriləcək.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff bir gün əvvəl ABŞ və Rusiya prezidentləri arasında baş tutan telefon danışıqlarından sonra “Fox News” telekanalına müsahibəsində deyib.

“ABŞ dövlət katibi Marko Rubio və Prezident Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valz yenidən Səudiyyə Ərəbistanına səfər edəcək”, - Vitkoff bildirib. Onlar da Vitkoff kimi əvvəllər həmin ölkədə aparılan danışıqlarda iştirak ediblər - fevralda Amerika nümayəndə heyəti Rusiya nümayəndələri ilə, martda isə Ukrayna nümayəndələri ilə danışıqlar aparıb.

Vitkoffun sözlərindən belə çıxır ki, martın 23-də Rusiya ilə danışıqlar aparılmalıdır. Ukraynanın bu müzakirələrdə iştirak edib-etməyəcəyi məlum deyil. Hələlik nə Rusiya, nə də Ukrayna ABŞ nümayəndə heyəti ilə Ciddədə həmin gün keçiriləcək görüşdə iştirak edəcəklərini bildirməyib.

Vitkoff deyib ki, qarşıdan gələn danışıqlarda mümkün atəşkəsin detallarına diqqət yetirilməlidir. Bundan əvvəl Ukrayna ABŞ-nin 30 günlük atəşkəslə bağlı təklifinə razılıq verib. Prezident Vladimir Putinlə Donald Tramp arasında telefon danışığından sonra Kreml bəyan edib ki, Rusiya enerji infrastrukturunun atəşə tutulmasına 30 günlük moratorium tətbiq etməyə, həmçinin Qara dənizdə atəşkəs imkanlarını müzakirə etməyə hazırdır. Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Ukrayna buna hazırdır, lakin Rusiya öhdəliklərini pozarsa, cavab zərbəsi endirəcək.

Çərşənbə günü gecə Rusiya pilotsuz təyyarələrdən istifadə edərək Ukrayna ərazisinə növbəti kütləvi zərbələr endirib. Ukrayna Prezidenti V.Zelenski deyib ki, Kremlin bu cür hərəkətləri Rusiyanın müharibəni bitirmək istəmədiyini nümayiş etdirir. Ukrayna pilotsuz uçan aparatları da öz növbəsində Krasnodar vilayətindəki neft anbarına hücum edib və orada yanğın başlayıb. Son aylarda neft bazaları, neft emalı zavodları və digər yanacaq-energetika obyektləri getdikcə daha çox Ukraynadan hücumlara məruz qalır.

Bir sıra ekspertlər qeyd edirlər ki, Rusiyanın enerji obyektlərinə zərbələrə moratoriumla razılaşması bu zərbələrlə bağlı artan narahatlığı əks etdirə bilər. Kremlin Putinin Trampla telefon danışığına dair bəyanatında deyilir ki, Putin “xarici hərbi yardımın tamamilə dayandırılmasını və Kiyevə kəşfiyyat məlumatlarının verilməməsini” sülhün şərti adlandırıb. Bundan əvvəl Rusiya Prezidenti bəyan etmişdi ki, Moskvanın nöqteyi-nəzərindən hərbi yardım atəşkəs zamanı verilməməlidir. Tramp da öz növbəsində iddia edir ki, Putinlə hərbi yardımla bağlı söhbət olmayıb. Amerika lideri “Fox News” telekanalının jurnalistlərinə deyib: "Biz ümumiyyətlə yardımdan danışmadıq. Çox şeylər haqqında danışdıq, lakin yardım heç vaxt müzakirə olunmadı".

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Mart 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri