“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.
Saxta və savadsızları demirəm, amma həqiqi, doğru-dürüst, gecə-gündüz oxuyub, öyrənib, peşəsini sevən, fədəkar həkimlərə söz demək, Qənirə Ataşın başı üçün deyil.
“Medicina” xəbər verir ki, bu sözləri tanınmış radioloq Aydın Əliyev bildirib.
O, Amerikada yaşayan jurnalist Qənirə Ataşı həddini aşmaqda ittiham edib.

“ Həqiqi həkimlərin ayağının bildiyini sənin basın bilməz. Sadəcə, onlar sənə baş qoşmurlar. Get öz səviyyənə uyğun işlərlə məşğul ol. Necə ki, özün kimi saxta plastik estetik həkimcikləri ifşa etmək…Bu sənə yaraşır. Amma ciddi həkimlərə çamur atma, sənlik deyil”.
Qeyd edək ki, Qənirə Ataş bu dəfə RDM-də beyin cərrahı Pərviz Mirzəliyevin 32 saatlıq əməliyyatını şübhə altına alaraq, bu əməliyyatın əsaslandırılmasını istəmiş və RDM-ə sorğu göndərmişdi.
“Cəmiyyətə detallı, addım –addım izah edin ki, 32 saatda hansı proseslər olub, həkim orda nə işlə məşğul olub, bu proses hansı tibbi göstərici və meyarlara əsaslanıb?”.

Aygün Musayeva
medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 04 İyul 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















