Icma.az
close
up
RU
Ciddi niyyət, real siyasət

Ciddi niyyət, real siyasət

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın müasir tarixində 15 oktyabr 2023-cü il mühüm bir dönüş nöqtəsi kimi yadda qaldı. Həmin gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq tarixi ədaləti bərpa etdi. Bu hadisə, yalnız hərbi-siyasi zəfərin deyil, həm də milli birliyin və dövlətçilik iradəsinin təntənəsi oldu.

Xankəndi şəhərinə səfərlər sonrakı illərdə ardıcıl şəkildə davam etdirildi. 8 noyabr 2023-cü ildə burada Vətən müharibəsində əldə edilən Qələbənin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Bu parad bir daha göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, bölgədə uzunmüddətli sülh və təhlükəsizlik strategiyasını da həyata keçirir.
Prezidentin 2024-cü ilin fevralında ailə üzvləri ilə birlikdə Xankəndidə səsvermədə iştirakı ölkənin demokratik dəyərlərinin azad olunmuş ərazilərdə bərpasının göstəricisi oldu. Mart ayında Novruz tonqalının Xankəndidə alovlandırılması isə milli-mənəvi irsin qələbə ruhu ilə vəhdətini nümayiş etdirdi.
Sonrakı illərdə Xankəndidə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri bu şəhərin Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatına qayıdışını təmin etdi. 2024-cü ilin iyulunda Qarabağ Universiteti, təmir edilən mehmanxanalar, Konqres Mərkəzinin təməli və digər mühüm obyektlərin açılışı şəhərin strateji əhəmiyyətini bir daha ortaya qoydu.
2025-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Zəfər parkının təməli qoyuldu, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq keçirildi. Xankəndidə beynəlxalq tədbirlərin təşkili, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Azərbaycanın bölgədəki lider mövqeyini möhkəmləndirdi.
14 sentyabr 2025-ci ildə Qarabağ Universitetinin Klinikası və Tibb fakültəsinin açılışı Xankəndinin elm və təhsil mərkəzi kimi dirçəlişini təsdiqlədi. Bütün bu hadisələr göstərir ki, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, müdrik strategiyası və qətiyyətli rəhbərliyi ilə Xankəndi əbədi olaraq Azərbaycan reallığında öz layiqli yerini tutub.

Azər Süleymanov
YAP Nəsimi rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see330

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see313

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see281

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see241

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see238

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see235

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see233

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see232

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see225

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see219

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see217

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see216

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see199

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see194

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see190

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see189

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see185

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see185

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri