Ciddi təhlükə: Dünyada əkin sahələrinin beşdə biri ağır metallarla çirklənib
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünyada əkin sahələrinin 17%-ə qədəri ən azı bir zəhərli ağır metal ilə çirklənib ki, bu da 1,4 milyard insanın sağlamlığına ciddi təhlükə yaradır.
Gununsesi.info xəbər verir ki, Çinin Tsinxua Universitetinin Dei Hounun rəhbərlik etdiyi alimlər belə qənaətə gəliblər.
Məqalə “Science” jurnalında dərc olunub.
Ağır metallar torpaqda toplanır, bitkilərə, sonra isə suya və qida zəncirlərinə nüfuz edir. Bu, həm insanlarda, həm də heyvanlarda xroniki zəhərlənmələrə və ciddi xəstəliklərə səbəb ola bilər.
Tədqiqatçılar müxtəlif ölkələrdən toplanmış 800 minə yaxın torpaq nümunəsini təhlil ediblər. Alimlər alqoritmlərdən istifadə edərək, arsen, kadmium, qurğuşun, kobalt, nikel, mis və xrom kimi təhlükəli metalların səviyyələrinin həm ətraf mühit, həm də insanlar üçün təhlükəsiz səviyyələri aşdığını müəyyən ediblər.
Müəlliflər qeyd ediblər ki, ağır metalların çirklənməsi həm təbii proseslər, həm də sənaye, kənd təsərrüfatı və ya mədənçıxarma kimi insan fəaliyyəti nəticəsində baş verə bilər.
Ən çox zərər çəkən regionlar Cənubi və Şərqi Asiya, eləcə də Avropa və Cənubi Amerikanın bəzi hissələri olub. Bununla belə, məlumat çatışmazlığı səbəbindən tədqiqatçılar, məsələn, Afrika ölkələrindəki vəziyyəti dəqiq qiymətləndirə bilməyiblər.
Alimlər vurğulayırlar ki, onların işi hökumətlərə və fermerlərə ərzaq təhlükəsizliyini və əhalinin sağlamlığını qorumaq üçün təcili tədbirlərin görülməsi lazım olduğuna dair siqnal olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Aprel 2025 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















