Icma.az
close
up
RU
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM AYDINLARA GÖZAYDINLIĞI...

CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM AYDINLARA GÖZAYDINLIĞI...

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təsisat olaraq dövlətçilik dəyərləri, milli kimlik qayəsi, türkçüluk məslək-məfkurəsi, agsaqqal  düşüncəsi, gənclik şövq-təpəri, Turan sevdası işığında yola çıxmış "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyi  ilk addımlarından uğurlu layihələrə imza atmaqdadir.
Soykökə sevdası, həvəsi,
Milli mənlik, türklük - havası,
Məslək-məramında haqq səsi-
Türk Ağsaqqalları Birliyi!
Ulu Türk elləri -Turanım!
Yurd-yurd düzüm, dağım, aranım...
Türklük kəhkəşanım, ad- sanım,
Türk Ağsaqqalları Birliyi! yeni
Bu gündən sabaha bir yoldu,
İnancında qutsal, pir yoldu,
Ağsaqqal xilqətdə nury yoldu,
Türk Ağsaqqalları Birliyi!
Düşünürəm  ki, qədimliyi qədərincə çağdaş səslənən bir deyimi yada salmaq  yerində olar: "Elin gözü tərəzidir".  Cəmiyyətdə qədərincə tanınan, adı hörmətlə  çəkilən ziyalılarımızın  günü - gündən bu ictimai təsisata marağı,  üz  tutması da elə bu el deyiminin ehtiva etdiyi məntiqlə, məna siqlətilə şərtlənir. Fikrimə bariz nümunə olaraq  #TAİB-in bu günlərdə Konstitusiya və Suverenlik ili çərçivəsində "Zəfərimizin izi ilə" devizi altında Qarabağ səfərində coşqulu tədbirlər keçirməsi və Cıdır düzündə  fəxarət, qürur doğuran duyğulu yaşantıların sərgiləndiyi məqamları qeyd etmək olar.
Belə ki, Təşkilatın  Cıdır düzündə keçirdiyi möhtəşəm tədbirdə  el adamı, sabiq dövlət qulluqçusu, ictimai xadim, "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyinin  (#TAİB) Sədr müavini Eyvaz Səfər oğlu Hünbətov (Eyvaz Qunbatov)tərəfindən iki azman alim - aydınımıza: Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Əli Əlirzayev və pedaqogika üzrə elmlər doktoru, professor, yazıçı-publisist, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Prezidentin fərdi təqaüdçüsü  Dilqəm Quliyevə (Dilqəm Quliyev)  üzvlük vəsiqəsi,  eləcə də TAİB-in Qadınlar Şurasının sədr müavini, şəhid zabit xanımı, şair Sara Göyçəliyə (Sara Sərifova) Təşkilatın  müvafiq  vəsiqəsi təqdim olundu. Vətəndaş, qələm adamı, TAiB təmsilçisi olaraq bütün varlığımıZəfərimizin milli kimliyimizə gətirdiyi qürur bürüyür. Cıdır düzündə  vaxtilə hayların başçısı  halay gedərək  Qarabağ bizimdir, noqtə" demişdi.  Epoxal Dövlət Başçımız  isə  "Qarabağ Azərbaycandır, nida" dedi və  sözünü Dəmiryumruqla təsdiq etdi. Beləcə, "QƏLƏBƏM - QƏLP QƏLBƏ QƏLPƏ" misra-misra yarpaqladı:Üzümdən-gözümdən işıq ələnir,
Qələbəm qəlp qəlbə qəlpə kimidi...
Üçrəngli Bayrağım nura bələnir,
Sevincə yaş tutan bəllidi kimdi...
Qürurum, Sərəfim - Azərbaycanım,
Qeyrətsən, Heyrətsən, ərən şəstinlə!
Zəfər yürüşünlə qaynayır qanım,
Dünya hesablaşır artıq Səninlə!..
Doğub Qarabağda zəfər günəşi,
Zəfərgözlü şəfəq göz qamaşdırır.
Ordumun çiynində Vətən savaşı
İşğala son qoyur, sədləri aşır...
Şaddır Şəhidlərin zəfərlə Ruhu,
Düşməndən qisasın alındı, Vətən!
Ovunur qovrulan torpağın ahı...
Vətən, qəhrəmandır Əsgər, Sərkərdən!
...İllərlə yağı tapdağında əsir qalmış bu torpaqları ziyarət və burada keçirilən hər bir tədbir əslində   şüküranğın,   bizə bu  xoşbəxtliyi  bəxş edən başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla Vətən köynəyindən keçən, andını Vətənə içən, canını fəda etdiyi  qutsal Vətən torpağına əbədən  köçən şəhidlərimizə, Qələbə qoxulu qazilərimizə, xilaskar Ordumuza xalq  ehtiramının  təcəssümü, sonsuz sevginin, vəfa borcunun ifadəsidir.
Cıdır düzündə TAİB-in iki alim-aydınımıza üzvlük vəsiqəsinin təqdim olunması obrazlı desəm, qutsal məkanda  azaman alim - aydınlarımıza  həm də  bir gözaydınlığıdir...
 

         Tapdıq ƏLİBƏYLİ
 TAİB-in İdarə Heyətinin üzvü.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 İyul 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri