Icma.az
close
up
RU
Cıdır Düzündə bu tədbirin keçirilməsi Azərbaycanın gücünü göstərir” ŞƏRH EDİLDİ

Cıdır Düzündə bu tədbirin keçirilməsi Azərbaycanın gücünü göstərir” ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərinin ölkənin Mədəniyyət paytaxtı elan edilməsi ilə Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalı da bərpa olundu". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həmin il mayın 12-si və 13-də festivalın baş tutması, oraya ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslərin dəvət olunması, müxtəlif xalqların incəsənət nümayəndələrinin “Xarıbülbül” festivalında iştirakı bizdə böyük iftixar hissi yaratdı: "Ölkənin mədəni həyatında əlamətdar hadisə olan festival həm də Şuşada yeni həyatın başlanmasını sübut etdi.

“Xarıbülbül” festivalının ölkəmiz üçün mədəni və siyasi əhəmiyyəti böyükdür. Festivalda Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz uğurların tərənnümü özünü bir daha göstərdi. Erməni vandalları elə düşünürdülər ki, Şuşa əbədi olaraq onlara qalacaq. Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında Şuşanı işğaldan azad etdi, üçrəngli bayrağımız qədim Azərbaycan şəhərində - Şuşada dalğalandı. Ermənilərin viran qoyduğu Şuşa qısa zamanda həyata keçirilən quruculuq-abadlıq işləri sayəsində imicini özünə qaytardı, Qarabağın mirvarisində həyat canlandı. Artıq Şuşada bu kimi festivalların keçirilməsi, yerli və xarici qonaqların qarşılanması və yerləşdirilməsi üçün davamlı işlər görülür, bu işlər durmadan davam edir.

“Xarı bülbül” musiqi festivalı təkcə mədəni hadisə deyil, həm də siyasi baxımdan böyük əhəmiyyətə malikdir. Hələ Sovet hakimiyyəti illərində bu festivala yüksək diqqət göstərilib. O zamanlar Şuşada keçirilən böyük musiqi tədbirinə Yaponiya, Almaniya, Türkiyə və İspaniya kimi ölkələrdən iştirakçılar gəlirdilər ki, bu da festivalın rəngarəng keçməsinə səbəb olurdu. Uzun fasilədən sonra Şuşamızda, Cıdır Düzündə bu tədbirin keçirilməsi Azərbaycanın gücünü göstərir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 May 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri