“Çido” qasırğası nəticəsində Mayotda çox sayda şəxsin öldüyü ehtimal edilir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 16 dekabr, AZƏRTAC
“Çido” qasırğası nəticəsində Fransanın Mayot departamentində minlərlə şəxsin öldüyü ehtimal edilir.
AZƏRTAC xəbər verir ki, Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, dəqiq statistika gələn həftə məlum olacaq.
Qeyd edək ki, Parisdən 8 min kilometr məsafədə yerləşən Mayot Fransanın ən kasıb regionlarındandır. 374 kvadratkilometr ərazisi olan adada 310 mindən çox insan yaşayır. Departamentdə qanunsuz məskunlaşan miqrantların sayı isə 100 min nəfərdən çoxdur. Əhalinin 77 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Departament əhalisinin təxminən cəmi 30 faizinin daimi işi var. Sosial problemlərin çoxluğu son 10 ildə bu adada cinayətkarlığın da artmasına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 16 Dekabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















