Icma.az
close
up
RU
Ciftin finksiyaları və yerləşməsi

Ciftin finksiyaları və yerləşməsi

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mayalanmadan sonra əmələ gəlmiş yeni hüceyrə toplusu uşaqlıq boşluğuna düşür və müəyyən müddətdən sonra uşaqlığın divarına implantasiya edir (bərkidilir).

Daha sonra (hamiləliyin təxminən 2-ci həftəsindən başlayaraq) bu yerdə ciftin əmələ gəlməsi prosesi başlayır. Bu proses hamiləliyin təxminən 16-cı həftəsində sona çatır. Cift içəridə damarlar keçən göbəkbağı vasitəsilə ana və uşağın orqanizmlərini birləşdirir.

Cift çox vacib orqandır. Cift bir sıra mühüm vəzifələri yerinə yetirir:

- cift vasitəsilə döl ana orqanizmindən bütün ona lazım olan qidalı maddələri (zülallar, yağlar, vitamin və mikroelementlər və s.) və oksigeni alır. Daha sonra isə istifadə olunmuş maddələr və karbon qazı yenə də cift vasitəsilə döl orqanizmindən xaric olunur.

- cift hamiləlik zamanı vacib olan bəzi hormonları istehsal edir.

- cift maneə rolunu oynayaraq, ana orqanizmindən dölün orqanizminə zərərli maddələrin, dərmanların, virusların, mikrobların daxil olmasına maneçilik törədir. Məhz bu səbəbdən bir çox dərmanların qəbulu, infeksion xəstəliklər, zəhərlənmələr hamiləliyin 1-ci trimestrdə hamiləlik və dölün inkişafı üçün ciddi təhlükə yaradır. Cift formalaşdıqdan sonra isə bu faktorların dölə olan zərərli təsiri azalır. Lakin təəssüflər olsun ki, bir çox narkotik maddələr, alkoqol, nikotin və bəzi viruslar ciftdən dölə keçə bilir.

- ananın doğuşa qədərki dövrlərdə keçirdiyi infeksion xəstəliklərə qarşı onun bədənində əmələ gələn anticisimlər cift vasitəsilə dölə keçir. Bu isə uşağın immunitetinin formalaşmasında və inkişafında əhəmiyyətli rol oynayır.

Normada cift uşaqlığın dibinə yaxın və ya uşaqlığın axra divarına bərkidilir. Uşaqlığın bu sahələri daha yaxşı qanla təchiz olunur ki, nəticədə döl oksigen və qidalı maddələrlə normal şəkildə təmin edilir.

Lakin bəzən müxtəlif səbəblərə görə döl lazım olan yerdə yox, daha aşağıda implantasiya edir. Bu səbəblərin arasında: uşaqlıqda abortdan və ya cərrahiyyə əməliyyatlardan sonra çapıqlar qalıb, uşaqlıqda miomalar, anadangəlmə defektlər var və s. Nəticədə döl uşaqlığın aşağı hissələrində implantasiya olunur və burada cift inkişaf etməyə başlayır.

Əgər cift uşaqlığın çıxacağına 6 sm-dən yaxın məsafədə yerləşirsə, bu patoloji hal sayılır və hamiləliyin gedişatına və doğuşa mənfi təsir edir.

Cift uşaqlığın boynunun dəliyini tam bağlayırsa, bu halda təbii doğuş mümkünsüz  olur və qadın qeysəriyyə kəsiyi əməliyyatına göndərilir.

Cift uşaqlığın boynunun dəliyini tam bağlamırsa, bu halda təbii doğuş bəzi hallarda mümkün ola bilər.

Cift normadan aşağıda yerləşirsə, lakin bu zaman uşaqlığın çıxacağı bağlanmırsa, təbii doğuş mümkündür.

Ciftin normadan aşağıda yerləşməsi hamiləliyin gedişatına və dölün inkişafına ciddi mənfi təsir edə bilər. Məsələ burasındadır ki, bu halda ciftin qopması təhlükəsi adi hallarla müqayisədə daha çoxdur. Cift qopduqda isə dölün inkişafı dayanır və döl həlak olur. Anada isə bu zaman güclü qanaxma baş verə bilər ki, bu ananın səhhətinə təhlükə yaradır.

Bəzi hallarda cift tam yox, qismən qopa bilər. Bu zaman qopmuş yerdə hematoma (qansızma) əmələ gəlir. Ciftin qopmuş  sahəsi böyük olduqda, döl qidalı maddələr və oksigenlə pis təmin olunur ki, onun inkişafı ləngiyə bilər, inkişafında pozulmalar əmələ gələ bilər.

Nəzərinizə çatdıraq ki, ciftin normadan aşağıda yerləşməsinin heç bir müalicəsi yoxdur. Lakin əgər sizdə hamiləliyin əvvəlində USM zamanı ciftin normada aşağıda yerləşməsi aşkar olunubsa, vaxtdan tez narahat olmayın. Məsələ burasındadır ki, hamiləliyin müddəti artdıqca uşaqlığın ölçüləri böyüyür və nəticədə cift bərkidilmiş yer əksər hallarda özü-özündən yuxarı qalxır. Buna "ciftin miqrasiyası" deyilir. Həkimlərin müşahidələrinə görə, hamiləliyin əvvəlində aşkar olunmuş ciftin aşağıda yerləşməsi yalnız 5% hallarda hamiləliyin 32-ci həftəsinə kimi qalır. 95% hallarda isə cift özü-özündən yuxarı qalxır.

Beləliklə, əgər hamilə qadında ciftin normadan aşağıda yerləşməsi aşkar olunubsa, bu qadın daim həkimin nəzarətində qalmalıdır, fiziki yükləmələrdən, stresdən uzaq olmalıdır, cinsi əlaqələrdən çəkinməlidir. Hamiləliyə təhlükə yarandıqda (ciftin qopması, qanaxma və s.) qadın xəstəxana şəraitində müalicə almalıdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri