Cihangir İşbilir: Azərbaycan və Türkiyə müştərək ictimai diplomatiya modelini tətbiq edib
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Azərbaycan və Türkiyə müştərək ictimai diplomatiya modelini qurub tətbiq edib.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir "XXI Əsrdə Dövlət Suverenliyi və Milli Konstitusiyalar: Qlobal Çağırışlar, Tendensiya və Perspektivlər" adlı beynəlxalq elmi-praktik konfransın panel sessiya müzakirəsində deyib.
"Biz bu modeli iki ölkə olaraq yüksək səviyyədə tətbiq etdiyimiz kimi Türk Dövlətləri Təşkilatı səviyyəsində də tətbiq etməyə çalışırıq", - o əlavə edib.
Media müşaviri Vətən müharibəsindəki böyük Zəfərin ardınca Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalandığını və iki ölkə arasında qardaşlıq bağlarının üst səviyyəyə yüksəldiyini vurğulayıb.
A.C.İşbilir hər iki ölkənin savaşda haqlı və güclü olduğu kimi, informasiya cəbhəsində də güclü olmağının vacibliyini önə çəkib.
O, son illərdə baş verən texnoloji inkişafın dezinormasiyalara da yol açdığına diqqət çəkib:
"Süni intellekt burada əsas təhdidlərdən biridi. Bu, həmçinin dövlətlərin suverenliyi üçün də təhdid həddinə çatmaqdadır".(report)
Bu mövzuda digər xəbərlər:Cihangir İşbilir:
04 Mart 2025 14:22
Cihangir İşbilir: Türkiyə Azərbaycan qardaşlığı əbədi olsun
21 Yanvar 2025 13:44
Cihangir İşbilir: Türkiyə Azərbaycan birliyi mənəvi əhəmiyyətə malikdir
17 Oktyabr 2025 15:30
Alptekin Cihangir İşbilir: Türkiyə Azərbaycan münasibətlərini pozmağa çalışan qüvvələr var
30 Sentyabr 2025 11:22
Cihangir İşbilir: Türkiyə Azərbaycan mediasının birgə fəaliyyəti üçün 6 komitə yaradılacaq
02 İyun 2025 17:59
Baxış sayı:98
Bu xəbər 05 Noyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















