Çilidə hantavirus qurbanlarının sayı artdığından sanitar həyəcan elan edilib
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çilidə hantavirusa yoluxma səbəbindən ölüm hallarının artması ilə əlaqədar sanitariya-epidemioloji həyəcan elan edilib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çilinin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Səhiyyə Nazirliyi hantavirusla əlaqədar ilk dəfə olaraq sanitariya həyəcanı elan edib. Bu tədbir Atakamadan Maqalyanesə qədər olan regionlara şamil edilir və 2027-ci il iyulun 31-dək qüvvədə olacaq", - qurumdan bildirilib.
Məlumata görə, 2026-cı ilin əvvəlindən ötən həftəyə qədər ölkədə 46 yoluxma halı qeydə alınıb və onlardan 18-i ölümlə nəticələnib. 2025-ci ildə Çilidə 44 yoluxma halı aşkar edilib, onlardan səkkizi ölümcül olub.
Qeyd edək ki, hantaviruslar, əsasən, kiçik məməliləri yoluxduran, lakin insana da keçə bilən viruslar fəsiləsidir. Ağır hallarda yoluxanlarda ağciyərlərin zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma inkişaf edir.
Baxış sayı:112
Bu xəbər 29 İyul 2026 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















