Çilinin idman avtomobili Hot Wheels müsabiqəsində qalib gəlib
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin "Hot Wheels" oyuncaq avtomobillərini istehsal edən "Mattel" şirkəti növbəti "Hot Wheels Legends Tour" müsabiqəsinin nəticələrini yekunlaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə auto.ru yazır.
2024-cü ildə müsabiqənin münsiflər heyəti Çilidən olan əllə hazırlanmış yarış idman avtomobilini - "La Liebre" kupesini qalib seçib. İndi o, 1:64 miqyaslı modelə çevriləcək və bütün dünyada satılacaq.
Sportkar "Ford Falcon"un yüksək modifikasiya olunmuş şassisi əsasında hazırlanıb. Kupe beşpilləli mexaniki transmissiyası və "Chevrolet"in 5.7 litrlik 600 at gücünə malik mühərriki ilə işləyir. Maşının çəkisi cəmi 900 kq-dır.
Builki "Hot Wheels Legends Tour" səyahət avtoşousunda 13 ölkədən 5 mindən çox avtomobil nümayiş etdirilib. "La Liebre" vintaj dizayn və müasir xüsusiyyətlərin birləşməsi hesabına münsiflər heyətini heyran edib.
Baxış sayı:95
Bu xəbər 19 Noyabr 2024 02:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















