Cim Kerri Maska filminə qayıda bilər, amma...
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Aktyor Cim Kerri 1994-cü il “Maska” komediyasının mümkün davamı barədə şərh verib.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, Kerrinin sözlərinə görə, onun qayıtması üçün əsas şərt “düzgün ideya” olacaq.
“Bilirsiniz, bu, düzgün ideya olmalıdır. Əgər kimdəsə belə bir ideya olsaydı, düşünürəm ki… Məsələ pulda deyil… Heç vaxt dəqiq bilmirsən. Belə şeylərdə əmin olmaq olmaz”, – deyə aktyor bildirib.
Xatırladaq ki, “Maska” filmi Norveç tanrısı Lokinin qədim maskasını tapan bank işçisi haqqında idi. Maska onu geyinəni şən və hər şeyə qadir triksterə çevirir, onun gizli arzularını yerinə yetirir. Filmdə həmçinin Kemeron Dias rol alıb. Filmin dünya gəliri 350 milyon dollar təşkil edib.
Baxış sayı:130
Bu xəbər 14 Dekabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















