Çimərlik futbolu üzrə millimiz Avropa Superfinalına vəsiqə QAZANDI
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa Superfinalına vəsiqə qazanıb.
"Unikal" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının A qrupunda yer alan komanda I seçmə mərhələnin sonuncu matçında Litva yığması ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində hər üç qolu Orxan Məmmədov vurub.
Beləliklə, qrupu 5 xalla ikinci pillədə başa vuran Sahib Məmmədovun yetirmələri sentyabrın 7-14-ü aralığında İtaliyada təşkil olunacaq Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər A Liqasına yüksələcəklər.
Qeyd edək ki, Azərbaycan yığması qrupun ilk iki matçında İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 25 May 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















