Icma.az
close
up
RU
“Çimərlik Polosu See Breeze 2026“ turniri keçiriləcək VİDEO

“Çimərlik Polosu See Breeze 2026“ turniri keçiriləcək VİDEO

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Çimərlik Polosu See Breeze 2026 turniri 11–13 sentyabr 2026-cı il tarixlərində Sea Breeze Resort ərazisində, Havana Beach-də keçiriləcək. 

Apasport.az xəbər verir ki, tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və Sea Breezedir.

Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edəcək. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparacaq. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır. 

Turnir çərçivəsində 11, 12 və 13 sentyabr tarixlərində hər gün saat 16:00-dan etibarən 2 polo oyunu keçiriləcək. Komandaların hansı gün və hansı rəqiblə qarşılaşacağı oyunlardan bir gün əvvəl keçiriləcək püşkatma əsasında müəyyənləşdiriləcək. Beach Polo formatında hər oyun 4 hissədən – çukkerdən ibarətdir. Hər çukker təxminən 7 dəqiqə davam edir. Fasilələr nəzərə alınmaqla bir oyunun ümumi müddəti təxminən 30–40 dəqiqə təşkil edir. Hava şəraiti və temperaturdan asılı olaraq oyunların müddətində və proqramda müəyyən dəyişikliklər edilə bilər.  Turnirin final oyunu 13 sentyabr saat 16:00-da keçiriləcək. Final oyunundan sonra qaliblərin mükafatlandırılması və kubokun təqdim edilməsi mərasimi təşkil olunacaq. Tədbir çərçivəsində idman proqramı ilə yanaşı, tamaşaçılar üçün DJ proqramı və əyləncə elementləri də nəzərdə tutulur. Turnirə giriş bilet əsasında həyata keçiriləcək və üç gün ərzində ümumilikdə təxminən 500 tamaşaçının iştirakı gözlənilir. Turnirin oyunları İdman TV tərəfindən canlı yayımlanacaq. Bununla yanaşı, beynəlxalq polo auditoriyasına yönəlmiş Polo Line internet kanalı da tədbirdə iştirak edərək turnirin media işıqlandırılmasına və polo ictimaiyyətinə çatdırılmasına töhfə verəcək.  Çimərlik Polosu See Breeze 2026 Azərbaycanın atçılıq idmanının yeni və dinamik formatda təqdim olunması, beynəlxalq polo icması ilə əlaqələrin genişləndirilməsi, ölkənin polo və atçılıq mədəniyyətinin təbliği, eləcə də Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsi üzrə potensialının nümayiş etdirilməsi baxımından əhəmiyyətli tədbir kimi nəzərdə tutulur.

III MDB Oyunları: Azərbaycanın çövkən yığması finalda Qarabağ atları Türkiyədə çövkəni dirçəldəcək Fatih Köşe: “Çövkən ortaq mədəni irsimizdir” III MDB Oyunları: Çövkən üzrə Azərbaycan millisi yarımfinalda Qarüstü polo komandamız İsveçrədə keçirilən Dünya Kubokunda ikinci yeri tutub
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 Sentyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri