Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi başa çatıb
Icma.az bildirir, Apasport portalına istinadən.
Çimərlik voleybolu üzrə ölkə çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışın üçüncü günündə yarımfinal görüşləri, həmçinin kişilər arasında üçüncü yer uğrunda oyun keçirilib.
Kişilərin yarışında "Sağlam Həyat-2" komandasını 2:0 hesabı ilə məğlub edən FHN-1 kollektivi ölkə çempionatının bürünc medalına sahib çıxıb.
Sabah baş tutacaq qadınlar arasında üçüncü yer uğrunda oyunda isə "Milli Aviasiya Akademiyası-1" və "Milli-1" komandaları üz-üzə gələcəklər.
Avqustun 8-də keçiriləcək qadınların finalında "Azərreyl Salam" komandası "Azərreyl Salam Sharing"lə, kişilərin finalında isə FHN-2 komandası "Djevo" ilə qarşılaşacaq.
Final oyunlarından sonra mükafatlandırma mərasimi olacaq.
Qeyd edək ki, ölkə çempionatının qalibləri 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb Voleybolçularımız Latviya və Belarus yığmaları ilə üz-üzə gələcəklər “Murov Az Terminal”da iki yeni hücumçu Voleybol Millətlər Liqası: Türkiyə çempion! Türkiyə yarımfinalda – Kanadaya qarşı geridönüş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 06 Avqust 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















