Icma.az
close
up
RU
Çimərlikdə “sürücülük təlimi”: Dünyada və bizdə FOTO

Çimərlikdə “sürücülük təlimi”: Dünyada və bizdə FOTO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Yay mövsümü başladıqda ölkəmizdə belə buir tendensiyaya şahid oluruq: kimsə nümayişkaranə şəkildə çimərlikdə maşın sürür, kimi maşını istirahət zonasına maksimum yaxın saxlayır, bir digəri isə kiməsə “təlim keçir”. 
Bəs başqa ölkələrdə vəziyyət necədir? Məsələni Atlantik okeanı sahilindəki iki dövlət – Kanada və Fransa nümunəsində təhlil edək. 

Avtosfer.az xəbər verir ki, hər 2 ölkədə çimərlik ərazilərə avtomobillə giriş ciddi şəkildə məhdudlaşdırılıb. Nəqliyyat vasitələri sahil zonasında yalnız xüsusi ayrılmış yolla hərəkət edə bilər. 
Kanadanın “Motorlu nəqliyyat vasitələrinə dair Qaydalar”ında göstərilir ki, çimərlik ərazilərində, sahil kənarında maşın sürmək, yarış təşkil etmək qadağandır. Qaydanı pozan  sürücünü 350 Kanada dolları (1 CAD = 1,25 AZN) cərimə gözləyir. Hüquqi şəxsin etdiyi qayda pozuntusunda isə cərimə 1500 dollardır.
Lakin xüsusi qorunan ərazilərdə, həssas təbii zonalarda maşınla daxil olmaq, yarış təşkil etmək ekoloji qanunvericiliklə tənzimlənir. Bu zaman təbiətə vurulan ziyana görə cərimə fiziki şəxslər üçün 100 min, hüquqi şəxslər üçün 600 min dollara çıxa bilər.
Gözəl çimərlikləri ilə seçilən Fransada sahil zonasında (dəniz, göl, çay) avtomobillə yalnız xüsusi ayrılmış yollarla  hərəkət etmək olar. Çimərlik ərazilərdə hətta avtomobil cığırında belə, üstünlük piyadalarındır. Qayda pozan sürücünü 1500 avro cərimə gözləyir. İşin ağırlığından asılı olaraq məhkəmə sürücülük hüququnu 1 ilədək məhdudlaşdıra bilər.
Bundan başqa, hər 2 ölkədə çimərliyə heyvan gətirmək, spirtli içki qəbul etmək, dron çəkilişi aparmaq, balıq tutmaq, balıqqulağı yığmaq qadağandır və cərimə predmetidir.
Bundan əlavə, Fransa çimərliklərində şəpiklə və ya ayaqqabısız maşın sürməyə görə 35 avro cərimə tətbiq edilir. Polis qayda pozanları aşkarlamaq üçün müntəzəm reydlər keçirir.
Çimərlik ərazilkərdə “sürücülük təlimi”nə gəlincə: hər 2 ölkədə bu işlə yalnız peşəkarlar, lisenziyası olan şəxslər məşğul ola bilər. Onların da hərəkət marşrutları qabaqcadan müəyyən edilir. Ən əsası isə, heç bir təlimçi qayda pozaraq lisenziyasını itirmək istəməz. Buna görə də hər 2 ölkədə çimərlik ərazilərdə “avtomobil təlimçi”sinə rast gəlmək mümkün deyil.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 İyul 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri