Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 29-da arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

