Icma.az
close
up
RU
Çimərliklərlə bağlı ciddi xəbərdarlıq KONKRET

Çimərliklərlə bağlı ciddi xəbərdarlıq KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəzər dənizində su səviyyəsinin enməsi nəticəsində sahil xəttinin dəyişməsi və küləkli hava şəraitində yaranan güclü əks-axınlar çimərliklərdə təhlükəni artırır. Mütəxəssislər xüsusilə çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə dənizə girməyin ciddi risk daşıdığını bildirirlər.

KONKRET.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri coğrafiya elmləri doktoru Səid Səfərov AZƏRTAC-a açıqlamasında bildirib ki, son illər Xəzər dənizində su səviyyəsinin enməsi sahilboyu ərazilərdə yeni təhlükəli sahələrin yaranmasına səbəb olub. Sahil xəttinin geri çəkilməsi nəticəsində əvvəllər su altında qalan ərazilər üzə çıxıb və xüsusilə rəsmi çimərlik olmayan yerlərdə gözlənilməz dərinliklər, mürəkkəb sualtı relyef və güclü əks-axınlar insanların həyatı üçün ciddi risk yaradır.

S.Səfərov qeyd edib ki, boğulma halları yalnız icazəsiz çimərliklərdə deyil, rəsmi çimərliklərdə də baş verə bilər. Bunun səbəbləri arasında şəxsi məsuliyyətsizlik, spirtli içki qəbulu və qəfil sağlamlıq problemləri də yer alır.

Onun sözlərinə görə, küləkli hava şəraitində yaranan güclü əks-axınlar ən böyük təhlükələrdən biridir. Küləyin təsiri ilə sahilə gətirilən su müəyyən relyef formalarında toplanır və daha sonra dar zolaq boyunca böyük sürətlə dənizə doğru geri çəkilir. İnsan bunu əvvəlcədən hiss etmədiyi üçün axına qarşı üzməyə çalışır, qısa müddətdə gücdən düşür və boğulma təhlükəsi ilə üzləşir.

S.Səfərov diqqətə çatdırıb ki, bəzi hallarda dəniz dibindən qum və digər çöküntülərin çıxarılması nəticəsində yaranan dərin boşluqlar da təhlükə mənbəyinə çevrilə bilər: “Belə ərazilərdə çimən şəxs irəliləyərkən qəfil dərinliyə düşə bilər. Bu vəziyyət xüsusilə üzməyi bacarmayan insanlar üçün böyük risk yaradır. Hətta yaxşı üzən şəxslər də gözlənilməz dərinliklə qarşılaşdıqda çaşqınlıq keçirə bilərlər”.

Coğrafiyaşünas-alim vətəndaşları xüsusilə küləkli günlərdə dənizə girməməyə çağıraraq bildirib ki, son günlər müşahidə olunan hava şəraiti çimərliklərdə təhlükə riskini əhəmiyyətli dərəcədə artırır.

“İmkan daxilində küləkli havalarda dənizdə çimməmək lazımdır. Baş verən boğulma hadisələri hər kəs üçün ciddi xəbərdarlıq olmalıdır. Küləkli hava şəraitində dənizə girmək həyati təhlükə yaradır”, – deyə alim əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 İyul 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri