Çin ABŞ ı dialoq və təmaslar yolu ilə qarşılıqlı anlaşmanı gücləndirməyə çağırıb
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Pekin ümid edir ki, Birləşmiş Ştatlar Çinlə qarşılıqlı anlaşmanı gücləndirmək, anlaşılmazlıqları azaltmaq, dialoq və ünsiyyət vasitəsilə əməkdaşlığı genişləndirmək üçün birgə işləyəcək.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Jiakun ABŞ-la ticari-iqtisadi əlaqələrə dair suala cavab olaraq deyib.
Onun sözlərinə görə, tarif məsələlərində Çinin mövqeyi ardıcıl və aydındır: "Ümid edirik ki, ABŞ iki dövlət başçısının telefon danışığı zamanı əldə etdiyi mühüm konsensusu həyata keçirmək üçün Çinlə birlikdə çalışacaq və Çin-ABŞ ticari-iqtisadi məsləhətləşmə mexanizminin rolunu tam şəkildə yerinə yetirəcək".
Diplomat ABŞ-ı ikitərəfli münasibətlərin sabit, sağlam və davamlı inkişafına kömək etmək üçün Çinlə əməkdaşlığa çağırıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 22 İyul 2025 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















