Çin ABŞ nin mallara əlavə gömrük tarifləri tətbiq etmək planlarına cavab verəcək
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pekin öz qanuni hüquq və maraqlarını qorumaq üçün bütün lazımi əks tədbirləri görəcək.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi Vaşinqtonun mart ayında Çin mallarına əlavə tariflər tətbiq etmək planları fonunda bildirib.
"Əgər ABŞ israr edərsə, Çin qanuni hüquq və maraqlarını qorumaq üçün bütün lazımi əks tədbirləri görəcək”- bəyanatda vurğulanıb.
Agentlik, həmçinin qeyd edib ki, birtərəfli tariflər Ümumdünya Ticarət Təşkilatının qaydalarını və çoxtərəfli ticarət sistemini pozur. Bundan əlavə, bəyanatda bildirilib ki, tariflər ABŞ şirkətləri və istehlakçıları üzərindəki yükü artıracaq və qlobal təchizat zəncirinin sabitliyini pozacaq.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp martın 4-dən Çindən gətirilən mallara əlavə 10 % tarif tətbiq etməyi planlaşdırdığını açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 28 Fevral 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















