Icma.az
close
up
RU
Çin alimlərindən rekord: Lazerlə 1 Gbps məlumat 36 min km məsafəyə necə çatdı?

Çin alimlərindən rekord: Lazerlə 1 Gbps məlumat 36 min km məsafəyə necə çatdı?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Çinli kosmik texnologiya tədqiqatçıları peyk rabitəsini yeni bir mərhələyə daşıya biləcək potensial nailiyyət açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, alimlərdən ibarət bir qrup, Yerdən 36 min kilometr yüksəklikdə yerləşən geostasionar bir peykdən yer səthinə saniyədə 1 gigabit (Gbit/s) sürətlə məlumat ötürməyi bacardığını bildirib. Bu rekordu daha da diqqətəlayiq edən məqam, proses üçün cəmi 2 vatt gücündə lazer ötürücüsündən istifadə olunmasıdır.

Bu nailiyyət bu gün mövcud olan çoxsaylı peyk interneti sistemlərini geridə qoyur. Məsələn, "SpaceX” şirkətinin "Starlink” kimi alçaq orbitli sistemləri adətən saniyədə 10 meqabit (Mbit/s) civarında sürət təqdim edir və maksimum 200 Mbit/s-ə yaxın nəticələr əldə edir. Lakin Yerdən minlərlə kilometr uzaqlıqdakı geostasionar orbitdən tam 1 Gbit/s sürətinə nail olmaq, kosmosdan Yerə məlumat ötürülməsi mühəndisliyində və fizikada böyük sıçrayış deməkdir.

Ənənəvi olaraq, lazer əsaslı ötürmələrin qarşısındakı ən böyük maneə Yer atmosferidir. Atmosferdəki turbulans işığı əyir, səpir və təhrif edir ki, bu da yüksək sürətli lazer eniş rabitəsini son dərəcə çətinləşdirir. Çinli tədqiqatçılar problemi həll etmək üçün AO-MDR sinerjisi adlandırdıqları yeni yanaşma hazırlayıb. Bu üsul, siqnal təhrifini korreksiya edən uyarlanabilən optika texnologiyasını siqnal qismən səpildikdə istifadəyə yararlı işığı yenidən cəmləməyə imkan verən Mod Müxtəlifliyi Qəbulu texnikası ilə birləşdirir.

Hazırda "Starlink” və "Viasat” kimi sistemlər əsasən etibarlı, lakin məhdud bant genişliyinə malik radio tezlikli (RF) rabitədən istifadə edir. Lazer rabitəsi isə daha böyük məlumat tutumu, son dərəcə dar şüa diapazonu və daha minimal siqnal interferensiyası kimi üstünlüklər təqdim edir. Geostasionar orbitdən gigabit səviyyəsində enmə sürətinə nail olunması optik rabitənin artıq nəzəri yox, praktiki bir həllə çevrildiyini göstərir.

Enerji qənaəti də lazer rabitəsinin mühüm üstünlüklərindən biridir. Hazırkı rabitə peyklərinin çoxu 1000–1500 vatt gücdən istifadə etdiyi halda, professor Vu Szyan və Lyu Çao tərəfindən aparılan təcrübədə olduğu kimi optik sistemlərin gələcək peyklərə inteqrasiyası daha kiçik günəş panelləri və daha yüngül avadanlıqlarla daha sürətli xidmət təmin etməyə imkan verə bilər. Bu isə potensial olaraq daha ucuz buraxılışlar, daha uzunömürlü peyklər və daha geniş əlçatan qlobal genişzolaqlı internet deməkdir.

Bu texnologiya təkcə Yer üzündəki interneti deyil, həm də dərin kosmik missiyaları gücləndirəcək. NASA və ESA agentlikləri Ay, Mars və daha uzaq nöqtələrdən yüksək keyfiyyətli görüntülər və elmi məlumatların ötürülməsi üçün lazer rabitəsini sınaqdan keçirir. Çinin yeni metodu, xüsusən də atmosfer təhriflərini aradan qaldırmağa yönələn yanaşması uzunməsafəli lazer rabitəsini daha stabil və enerji baxımından səmərəli edə bilər.

Bu kimi irəliləyişlər peyk internetinin adi istifadəçi üçün yalnız son çarə olmaqdan çıxaraq, bir gün fiber-optik bağlantılarla rəqabət apara biləcək səviyyəyə çatmasının qarşısını alır. Sistemin geniş istifadəyə uyğunlaşdırılması illər tələb etsə də, bu mühüm addım ultra sürətli optik peyk şəbəkələrinə doğru yarışın sürətlənəcəyinə işarə edir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri