Icma.az
close
up
RU
Çin Almaniya münasibətləri gərginləşir: Yohan Vadefulun Pekinə səfəri ləğv edilib

Çin Almaniya münasibətləri gərginləşir: Yohan Vadefulun Pekinə səfəri ləğv edilib

Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çin-Almaniya münasibətləri gərginləşir: Yohan Vadefulun Pekinə səfəri ləğv edilib

Çin ilə Almaniya arasında münasibətlər gözlənilmədən soyuq müharibə dövrünə qədəm qoyub. Bu müstəvidə də Pekin Almaniya xarici işlər naziri Yohan Vadefulun Çinə səfərinə olduqca soyuq yanaşaraq faktiki olaraq onu qəbul etmək niyyətində olmadığını nümayiş etdirib. Məlum olub ki, Yohan Vadefulla Pekində görüşmək istəyən rəsmilər demək olar olmayıb. Halbuki iki ölkə arasında əvvəllər əldə edilən razılığa əsasən ötən bazar Yohan Vadefulun Pekinə rəsmi səfəri və orada yüksək səviyyəli dövlət adamları ilə görüşəcəyi gözlənilirdi. Lakin görüşlə bağlı rəsmi protokol zamanı Çinin yüksək səviyyəli dövlət rəsmilərinin Vadefulla görüşə bilməyəcəyi aydın oldu. Buna səbəb kimi yüksək səviyəli dövlət rəsmilərinin işlərinin çoxluğu göstərildi. Məhz Pekinin Vadefulun səfərinə belə laqeyd münasibət göstərməsindən sonra Almaniya onun Çinə səfərini ləğv etməli və ya yumşaq desək başqa vaxta keçirməyə məcbur olub.

Məsələ ilə bağlı Almaniyanın "Bild" qəzeti yazır ki, Vadefulun Pekinə səfərinin ləğv edilməsinə səbəb Pekində sadəcə olaraq yüksək səviyyəli dövlət rəsmilərinin onunla görüşmək istəməməsi olub. Berlin isə sadəcə olaraq baş verənlərdən məyus olduğunu gizləyə bilməyib.

Əslində Vadefulun səfəri zamanı hər iki ölkə üçün önəmli olan məsələlər, o cümlədən Almaniya sənayesini narahat edən nadir torpaq elementləri və yarımkeçiricilərin ixracına qoyulan məhdudiyyətlərdən tutmuş Tayvanla bağlı siyasi fikir ayrılıqları müzakirə edilməli idi. Bununla belə Çin Vadefulun Pekinə səfərinin arzuolunmaz olduğunu nümayiş etdirdi. Buna da əslində nəyin səbəb olduğu hər iki tərəfə məlum idi. Belə ki, Almaniya rəsmi şəkildə Pekini təhdid edən açıqlamalar verərək Tayvana münasibətdə separatçıları dəstəkləyir..

Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyi, sözçüsü Guo Jiakong sərt şəkildə bildirib ki, Almaniyanın mövcud status-kvonu qorumaq tələbi separatçıları dəstəkləməyə bərabərdir.

Vadefulun Çinə səfəri ilk növbədə kansler Merzin Pekinə səfərinə hazırlıq kimi nəzərdə tutulmuşdu. Əslində Çin Vadefulun səfərinə soyuq yanaşmaqla Merzin də Pekinə səfərinə hazır olmadığını nümayiş etdirdi. Məsələ ilə bağlı yayılan qeyri-rəsmi məlumatlara görə, Çin lideri Si Cinpin yaxın vaxtlarda Merzi qəbul etməyə vaxtı olmadığını müxtəlif kanallarla qarşı tərəfin nəzərinə çatdırıb. Halbuki Merz gələn həftə Çinə və Hindistana səfər etməyə ümid edirdi.

Lakin onun bütün ümidləri artıq boşa çıxıb. Halbuki əvvələr Almaniya Xarici işlər naziri keçmiş kansler Olaf Şolzun Pekinə səfəri zamanı iki ölkə arasında heç bir problem olmamışdı. Bu arada isə Almaniya daxilində yanacağa görə qiymətlər artmaqda davam edir. İqtisadşı ekspert Torsten Storkın qeyd etdiyi kimi, "Ukraynadakı münaqişə enerji qiymətlərində görünməmiş artıma səbəb olub". Belə ki, 2022-ci ilin payızından sonra alman istehlakçıları üçün qazın qiyməti 213%, elektrik enerjisinin qiyməti isə 74% artıb. Bu da ölkə daxilində narazılıqlara səbəb olub.

"Bild"-in məlumatına görə, 2025-ci ildə qiymətlərin bir qədər aşağı düşməsinə baxmayaraq, Almaniya vətəndaşları Soyuq Müharibənin başlamasından sonra əvvəlkindən xeyli çox qaz və elektrik enerjisi üçün pul ödəməyə davam edirlər.

Buna paralel olaraq Almaniyanın indiki hökuməti beynəlxalq aləmdə də əvvəlki kimi fəal rol oynaya bilmir. Almaniyanın Yaxın Şərdə baş verən hadisələrə münasibətdə də seyrçi mövqe tutması Berlinin beynəlxalq səviyyədə nüfuzunun aşağı düşməsi kimi qəbul edilə bilər.

Belə bir vəziyyətdə Çinin Almaniya xarici işlər nazirini və kanslerini qəbul etməyə hazır olmamasını da təsadüfi hesab etmək olmaz. Nadir metallara, xüsusi ilə avtomobil sənayesində gərəkli olan məhsullara münasibətdə Çündən tam şəkildə asılı olan Almaniyanın Tayvanla bağlı sərt mövqr nümayiş etdirməsinə isə Pekin analoji qaydada cab verərək onunla ikinci dərəcəli dövlət kimi davranmağa başlayıb. Bu isə iki ölkə münasibətlərindəki gərginliyin hələ bir müddət də davam edəcəyini göstərir.

Əziz MUSTAFA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri