Icma.az
close
up
RU
Çin astrologiyasına görə Yaşıl taxta İlan ili nə vəd edir? PROQNOZ

Çin astrologiyasına görə Yaşıl taxta İlan ili nə vəd edir? PROQNOZ

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci il Şərq təqviminə görə yaşıl taxta (ağac) İlan ilidir. Keçən ilin simvolu olan yaşıl taxta (ağac) Əjdaha rəsmi olaraq çıxıb, yaşıl taxta (ağac) İlan isə daxil olub. Çin Yeni ili ay təqviminə bağlıdır, buna görə də hər il fərqli bir tarixə, adətən yanvarın sonu və fevralın sonu aralığına düşür.  

Bəs 2025 nə vəd edir?

Sfera.az bildirir ki, Çin astrologiyasında 12 bürc simvolu bir-birini izləyir.

Məsələn, gələn il Qırmızı Odlu At ili olacaq. Hər dəfə hər bir işarə təbii dünyanın beş elementindən biri ilə birləşir: metal, ağac, su, od və ya torpaq. Hər bir element müəyyən bir rənglə birləşdirilir: ağ, yaşıl, qara və ya mavi, qırmızı və sarı. Yaşıl ağac ilan ili sonuncu dəfə 1965-ci ildə qeyd olunub.

Çində ilanlara kiçik əjdahalar deyilir. Əsasən, müdriklik, zəriflik, uyğunlaşma və çevrilmə ilə əlaqələndirilir. Çin mədəniyyətində Qərbdə olduğu kimi heç bir mənfi məna daşımır. Bu işarə təbiətin qadın tərəfi, passiv metafizik prinsip olan Yin qüvvəsi ilə bağlıdır. Çin mifologiyasında ana ilahə Nuva insan başı və ilan bədəni kimi təsvir edilir.

İlan ilində doğulanların (1941, 1953, 1965, 1977, 1989, 2001, 2013, 2025) müdriklik, yaradıcılıq, yaxşı intuisiya, cazibədarlıq, sakitlik, qətiyyət və ehtiyatlılıq kimi keyfiyyətlərə malik olduqlarına inanılır.


Çində İlan bürcü altında müasir Çin ədəbiyyatının banisi Lu Xun (1881), məşhur aktrisa Qonq Li (1965) və Çinin hazırkı sədri Si Cinpin (1953) doğulub.  İlan ilində doğulan məşhurlar arasında siyasi lider Mahatma Qandi (1869), rejissor Yuri Norşteyn (1941), dirijor Valeri Gergiev (1953) və siyasətçi Dmitri Medvedev (1965) var.

Çin ulduz falına görə, İlan ilində doğulanlar üçün bu il asan olmayacaq. Onlar işdə çətinliklər və maliyyə problemləri ilə üzləşə bilərlər, buna görə də problemlərin öhdəsindən gəlmək və uğur qazanmaq üçün nikbin və çevik olmalıdırlar. İlan ili dəyişikliklər və yeni imkanlar ili hesab olunur ki, bu da onu digər illərdən fərqləndirir. Şərq mədəniyyətinə və ənənələrinə əsasən, İlan ili ondan düzgün istifadə edənlərin ilidir. İlan ilində doğulanlar sarı rəngli geyimə üstünlük versələr, onlar üçün yaxşı olar. Çünki bu rəng onlara bol uğur gətirir. Qızılı və qəhvəyi rəngli paltar geyinilməsi pis hesab olunur. İnanclara görə, bu rənglər ilanlar üçün bədbəxtlik gətirir.

At ilində doğulanlar (1930, 1942, 1954, 1966, 1978, 1990, 2002, 2014) peşəkar və şəxsi həyatda şanslı olacaqlar.

Qoyun ilində doğulanlar (1931, 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015) isə zənginlik və peşəkar yüksəliş gözləməlidirlər. 

Meymun ilində doğulanlar üçün (1920, 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016) bu il nisbətən sabit keçəcək, xeyirxah adamlarının köməyi ilə uğur qazana biləcəklər.

Xoruz ilində doğulan insanlar (1921, 1933, 1945, 1957, 1969, 1981, 1993, 2005, 2017) çox çalışsalar, varlanmaq və peşəkar yüksəliş əldə etmək fürsəti əldə edəcəklər. 

İt ilində doğulanları (1922, 1034, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018) sürprizlər və maliyyə artımı gözləyir. 

Donuz ilində doğulan insanlar (1923, 1935, 1947, 1959, 1971, 1983, 1995, 2007, 2019) münaqişələrdən qaçmaq üçün nəzakətli və soyuqqanlı olmalıdırlar.

Siçovul (1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008, 2020) və Öküz illərində (1925, 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009, 2021) doğulanları sabitlik gözləyir. Siçovullar sahibkar kimi uğur qazana, həmkarları, dostları və qohumları ilə münasibətlərini yaxşılaşdıra bilər. Öküzlər məhsuldar bir il keçirəcəklər.

Pələng ilində doğulanlar (1926, 1938, 1950, 1962, 1974, 1986, 1998, 2010, 2022) üçün işlər asan olmayacaq. Çətinliklərin öhdəsindən gəlmək üçün çox çalışmalı və ya aşağı profilli davranmalı olacaqlar. 

Dovşan (Pişik) (1927, 1939, 1951, 1963, 1975, 1987, 1999, 2011, 2023) və Əjdaha illərində (1928, 1940, 1952, 1964, 1976, 1988, 2000, 2012, 2024) doğulanların bəxti gətirəcək və zəhmətlərinin qarşılığını alacaqlar.

Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 Yanvar 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri