Çin Avropa İttifaqını Rusiya ilə əməkdaşlığa müdaxilə etməməyə çağırdı
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Çin və Rusiya şirkətləri arasında normal əməkdaşlıq xarici müdaxiləyə məruz qalmamalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikri Çin XİN-in rəsmi nümayəndəsi Qo Tsyakün Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiyalar paketini şərh edərkən səsləndirib.
“Biz Avropa tərəfini heç bir faktiki əsas olmadan Çin şirkətlərinin qanuni maraqlarına zərər vurmaqdan çəkinməyə çağırırıq”, – deyə o bildirib.
Qo Tsyakünün sözlərinə görə, Çin hər zaman Ukrayna münaqişəsinin danışıqlar və sülh yolu ilə həllinə tərəfdar olub.
Diplomat əlavə edib ki, Çin heç vaxt münaqişə tərəflərinə öldürücü silah tədarük etməyib və ikili təyinatlı məhsulların ixracını ciddi şəkildə nəzarətdə saxlayıb.
O vurğulayıb ki, Çin birtərəfli, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmayan sanksiyalara qarşı olub.
Tsyakün qeyd edib ki, Çin milli şirkətlərinin maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 21 İyul 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















