Icma.az
close
up
RU
Çin avtomobili alanların diqqətinə: YANA, PARTLAYA BİLƏR

Çin avtomobili alanların diqqətinə: YANA, PARTLAYA BİLƏR

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin avtomobillərinə etibar edəkmi? Azərbaycanda sürətlə artan çin istehsalı olan avtomobillər barədə məlumatlı olmaq vacibdir.

Yenisabah.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Şahin Qasımov Ajans.az-a bildirib ki, vətəndaş doğru seçim edərsə, Çin avtomobillərinə etibar edə bilər. Doğru seçim dedikdə, niyyət səhv olarsa, avtomobildən vətəndaşa ziyan gələcək. 

Vətəndaş özünə avtomobil seçərkən, onu nəyə görə istədiyini, ən çox hansı məqsədlər üçün istifadə edəcəyini yaxşı bilməlidir. 

Ekspert deyib ki, bizim vətəndaşların çoxu ucuz qiymətli maşınla daha çox istismar istəyirlər. Çin istehsalı olanını seçərkən diqqətli olmaq lazımdır. Hibrid avtomobillər üçün uzun müddətli istismarı düşünmək olmaz. Onlar batareya ilə işləyirlər. Həmin batareyalar da maşına uzunmüddətli yanaşmağa icazə vermir. Elektrikli maşınlar  çox sürülməsə belə onların müəyyən ömürləri var. 

Vətəndaş plagin-hibrid avtomobil alıb 5-6 il sürməyi düşünürsə, bu çətindir. İlk olaraq, seçimi, növü düzgün seçmək lazımdır. İkincisi, ehtiyat hissələri kataloqunun ölkədə olmamasıdır. Bu da ehtiyat hissəsinin maşına uyğun gəlib-gəlmədiyini öyrənməkdə problem yaradır. Ehtiyat hissəsi olmayan maşında gələcək üçün problem yarada bilər. 

Şahin Qasımov qeyd edib ki, maşınlar üçün texniki dəstək  proqramı çox vacibdir. Ustaların əlində hər zaman müraciət edəcəkləri sistem olmalıdır. Vətəndaş da ora baxıb ehtiyat hissələrinin nəyin üzərində olduqlarını öyrənə bilərlər. Plagin-hibrid avtomobillər üçün bu təhlükəlidir. Əgər xətalı bir qoşma olarsa, gələcəkdə maşının yanması, partlaması və digər zədələr alması qaçılmazdır. 

ETİBARSIZ ÇİN BRENDLƏRİ 

Ekspertin sözlərinə görə, Çin avtomobillərində hansılarının etibarsız olduğunu demək düzgün deyil. Çünki etibarsız olması üçün onun mövcud olmaması lazımdır. Belə şey mümkün deyil. 

YANA, PARTLAYA BİLƏR

Çində istehsal olunan bütün maşınlara görə yalnız istehsalçı şirkətlər məsuliyyət daşıyır. Ölkəmizdə olan avtomobil salonları, mağazaları bu maşınlara görə cavabdeh deyillər. İstehsalçı da o zaman məsuliyyət daşıyır ki, onun alan şəxslər ilə hansısa vədi olsun. Satan şirkətlərin heç biri məsuliyyət daşımır. 

Nəticədə məsuliyyətsiz satış formalaşır. Bu da nasaz avtomobillərin artmasına səbəb olur. Belə maşınların da uzun ömürlülüyü, servisi, ehtiyat hissələri, texniki bazası olmur. 

“Mən özüm də Çin maşınlarının almağının tərəfdarıyam. Özümün də idarə etdiyi avtomobildən biri Çin istehsalıdır. Amma niyyətli olaraq, almışam. 5-6 il sürdükdən sonra sağlam qalarsa, onu satacam. Mənim o maşından heç bir gözləntim yoxdur. Mənə görə benzinli Çin maşınları daha uzunömürlüdür. Onu 15 il də sürə bilərəm. Amma bu fikirləri hibrid haqqında deyə bilmərəm. Burada sistemin özünün ömrü var. Ona kiminsə yardım etməsi və ya çəkilən xərcə dəyərmi deyə dəqiq fikir bildirə bilmərəm.”- deyə Şahin Qasımov açıqlayıb.//Bizim.Media


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 İyun 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri