Icma.az
close
up
RU
Çin avtomobilləri Aİ 95 benzinini də vururlar : Yanacaq bazarında dönüş nöqtəsi

Çin avtomobilləri Aİ 95 benzinini də vururlar : Yanacaq bazarında dönüş nöqtəsi

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 067.54 min ton "Aİ-92" markalı avtomobil benzini istehsal olunub. Bu, illik müqayisədə 2.1% artım deməkdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkədə 13.8 min ton "Aİ-95" markalı avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45.02% azdır. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə ümumilikdə 1 081.3 min ton avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 1% çoxdur. Maraqlıdır, Azərbaycanda "Aİ-95" markalı avtomobil benzininin istehsalının azalmasının səbəbi nədir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Sürücülər ucuz yanacağa üstünlük verirlər"

Enerji sektoru üzrə ekspert Zəfər Vəliyev bildirши ki, ölkə üzrə "Aİ-95" markalı avtomobil benzininin topdan və pərakəndə satış qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmir. Bu isə bazarda qiymətlərin beynəlxalq neft məhsulları bazarındakı dəyişikliklərə birbaşa bağlı olmasına gətirib çıxarır: "Aİ-95" markalı avtomobil benzininə olan tələbatın azalmasının birinci səbəbi pərakəndə satış qiymətinin yüksək olmasıdır. Hazırda pərakəndə satış seqmentində "Aİ-92" markalı benzininə olan tələbat "Aİ-95" markalı benzinlə müqayisədə xeyli yüksəkdir. "Aİ-95" markalı benzin baha olduğuna görə sürücülərin böyük hissəsi daha ucuz yanacaq növünə üstünlük verir. Digər tərəfdən, "Aİ-95" markalı benzinin əsas hissəsi ölkəyə idxal yolu ilə gətirilir. Xarici bazarlarda neft məhsullarının qiymətində baş verən dəyişikliklər, həmçinin beynəlxalq ticarət şəraitindəki qeyri-sabitlik idxal prosesini çətinləşdirir və bu da daxili bazarda qiymət artımına təsir göstərir. Nəticədə idxalın məhdudlaşması pərakəndə satış seqmentində bu markanın payının azalmasına səbəb olur".

Bu amil də benzinə tələbatı azaldır

Mütəxəssis bildirir ki, ikinci səbəb ekoloji təmiz avtomobillərin sayının artmasıdır: "Son illər ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin, yəni hibrid, "plug-in hibrid" və tam elektrik avtomobillərinin sayında kəskin artım müşahidə olunur. Rəqəmlər də bunu təsdiqləyir. 2020-ci ilin əvvəlindən 2025-ci ilin 1 oktyabr tarixinədək Azərbaycana ümumilikdə 122 579 ədəd ekoloji təmiz minik avtomobili idxal edilib. Təbii ki, ölkənin avtomobil parkında ekoloji təmiz avtomobillərinin sayının durmadan artması avtomobil benzininə olan tələbatı aşağı salır. Ümumiyyətlə, "Aİ-92" markalı benzinin istehsal və istehlak həcmlərinin sabit qalacağı, elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrinin payının isə ilbəil artacağı proqnozlaşdırılır".

"Benzin istehlakının azalması gözlənilən idi"

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev deyir ki, son illər ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinə hibrid, "plug-in hibrid" və elektrik avtomobillərinə tətbiq edilən güzəştlərdən sonra insanların bu tip avtomobillərə marağı artıb və nəticədə onların satış həcmi əhəmiyyətli dərəcədə yüksəlib: "Bunun fonunda ölkəmizdə benzin istehlakının azalması da təbii və gözlənilən hal idi. Qarşıdakı illərdə həm ekoloji təmiz, həm də kiçikmühərrikli avtomobillərə tələbatın artması, şübhəsiz ki, benzin istehlakında azalmaya səbəb olacaq. Nəzərə alsaq ki, hazırda ölkədə elektrik avtomobilləri üçün infrastruktur həm "Azərişıq" ASC, həm də özəl şirkətlər tərəfindən qurulur və bu proses davam edir. Hazırda həm Bakıda, həm də bölgələrdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə şarj məntəqələri mövcuddur. Yaxın gələcəkdə bu məntəqələrin günəş panelləri ilə təmin olunması və həmin panellər vasitəsilə toplanan enerjinin avtomobillərə ötürülməsi kimi layihələr də həyata keçiriləcək. Bütün bunların fonunda qarşıdakı illərdə benzinin istehlakında azalma gözlənilir".

"Azalma tendensiyası davam edəcək"

Mütəxəssis bildirir ki, "Aİ-95" markalı benzinin istehsalının azalmasının ikinci səbəbi Çin istehsalı avtomobillərdir: "Nəzərə almaq lazımdır ki, hazırda ölkəmizə əsasən Çin istehsalı avtomobillər idxal olunur və bu avtomobillərin istehsalçıları 92 oktanlı benzinlə istifadəyə icazə verir. Bu amilləri nəzərə aldıqda, yaxın illərdə elektrikli avtomobillərin daha da kütləviləşməsi nəticəsində benzindən istifadə həcminin azalma tendensiyası davam edəcək".

Qeyd edək ki, növbəti il Azərbaycanda "Aİ-95" markalı avtomobil benzini istehsalı planlaşdırılmır. Daxili bazarda istehlak "Aİ-92" markalı benzində 239.9 min ton və ya 14.7%, dizel yanacağında isə 298.5 min ton və ya 13.7% azalma ilə proqnozlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Noyabr 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri