Icma.az
close
up
RU
Çin avtomobilləri artıq... Palata rəsmisi

Çin avtomobilləri artıq... Palata rəsmisi

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çinin iqtisadi və texnoloji sahədə nümayiş etdirdiyi sürətli inkişaf fonunda onun avtomobil sənayesində qazandığı uğurlar beynəlxalq səviyyədə geniş müzakirə olunur. Rusiya İctimai Palatası katibinin müavini Aleksandr Qaluşka Çin avtomobil sənayesinin hazırkı mövqeyini yüksək qiymətləndirib və onun qlobal rəqiblərini geridə qoyduğunu bəyan edib. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, A.Qaluşka Çinin 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərindən bu günə qədər keçdiyi inkişaf yolunu rəqəmsal və texnoloji sıçrayışın ən bariz nümunəsi adlandırıb.

"Əvvəl gülürdülər, indi isə liderdirlər"

İctimai Palatanın rəsmisi Çin avtomobillərinin keyfiyyətinin köklü şəkildə dəyişdiyini vurğulayıb:

"Çinin gözümüzün qarşısında necə nəhəng bir texnoloji dövlətə çevrildiyini görmək üçün onun avtomobil sənayesinə baxmaq kifayətdir. İlk vaxtlar hər kəs Çin maşınlarına gülürdü, onların yöndəmsiz, tez xarab olan, eybəcər və qeyri-estetik olduğunu deyirdi. Bəs indi vəziyyət necədir? Onlar artıq Yaponiya avtomobillərini üstələyiblər, hətta almanları da geridə qoyublar. Çin avtomobil sənayesinin Yaponiya və Almaniyadan daha yaxşı olması artıq təkzibolunmaz bir faktdır".

Uğurun sirri: Dövlətin strateji təşkilatçılıq rolu

Ekspert bu böyük sıçrayışın təsadüfi olmadığını və birbaşa Pekinin yürütdüyü iqtisadi siyasətlə bağlı olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu uğurun arxasında Çin dövlətinin məqsədyönlü strategiyası dayanır:

"Bu nəticə Çinin öz iqtisadiyyatında prioritet texnoloji inkişafla sistemli şəkildə məşğul olması sayəsində mümkün olub. Burada dövlətin təşkilatçılıq rolu həlledicidir. Əlbəttə ki, investorlar, özəl və dövlət şirkətləri — hamı birlikdə çalışır. Lakin bütün bu prosesi ilk növbədə dövlət idarə edir və nizamlayır. Dövlət texnoloji tərəqqinin əsas strateji təşkilatçısı kimi çıxış edir".

Qeyd edək ki, son illərdə xüsusilə elektromobil və "ağıllı" nəqliyyat texnologiyaları sahəsində Çin brendləri qlobal bazarda payını sürətlə artırmaqdadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 İyun 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri