Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyanın tanınmış avtomobil istehslçıları 50 ilə yaxındır belə bir sistemlə işləyirlər: Avtomobil detalları üçün kataloq (bu adi və ya elektron kitabdır) mövcuddur, nəqliyyat vasitəsinin VİN nömrəsi əsasında detallar çeşidlənir. Hər bir detalın nömrəsi mövcuddur. Almanlar, yaponlar və koreyalılar bu sistemlə işlıəyirlər və dünya artıq buna vərdiş edib. Çin modellərində isə vəziyyət fərqlidir.
Avtosfer.az xəbər verir ki, VİN nömrə avtomobillə bağlı bir çox məlumatı ehtiva edir. Bura istehsal ili, təchizat, mühərrik və sürət qutusu, həmçinin konstruksiyanın bəzi xüsusiyyətləri ilə bağlı məlumatlar daxildir.
Bu nömrə sayəsində satıcı çətinlik çəkmədən müvafiq detalın kodunu kataloqda tapır və sifariş edir. Belə bir şifrələmə sayəsində etibarlı sistem formalaşıb.
Çin modellərində isə vəziyyət fərqlidir. Bu ölkədə istehsalçılar təchizatçıları çox sürətlə dəyişirlər. Eyni ayda istehsal olunmuş avtomobillərdə detallar müxtəlif ola bilər. Xarici görünüş və detal nömrəsi isə eyni olur. Bu səbəbdən asqı, tormoz və elektron sistemlərin eyni kodlu detalları fərqli çıxa bilər. Buna görə də Çin avtomobilində VİN “Mercedes” və ya “Toyota”dakı kimi 100 faizə yaxın dəqiqliyə zəmanət vermir. Təxmini ssenari belədir:
20 il “Opel” sürmüş şəxs Çin avtomobili alır və bir neçə ay sonra hansısa detalda (məsələn, götürək asqı sistemindəki yataq (danışıqda “şarovoy”) və dartı (tyaqa)) zəmanətə daxil olmayan problem yaranır. O, mağazaya gələrək VİN kodu deyir. Satıcı müvafiq detalın kataloq nömrəsini taparaq sifarişi rəsmiləşdirir. Bir neçə gün və ya həftə sonra detal gəlib çıxır. Usta bu detalı maşının üzərinə quraşdırdıqda isə sürprizlə qarşılaşır: yataqlı birləşmənin konusunun həndəsi forması fərqlidir, dartı isə gödəkdir/uzundur. Əgər fərq kiçikdirsə usta sovet ənənəsi ilə detalı yerinə “podqonyat edir”.
Fərq böyük olduqda isə onu qaytarmaq lazım gəlir və bundan sonra alıcı ilə satıcı arasında baş verəcək dialoqun oxucuya aiddiyyəti yoxdur.
Növbəti günlərdə Çin avtomobilləri üçün analoq detalların olamasının səbəbləri barədə məlumat verəcəyik.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 29 İyun 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















